Ukrayna Rusiyanın 100 kvadrat kilometr ərazisini ələ keçirib və yüzlərlə hərbçisini əsir götürüb.
Sozcu.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb.
Qəzet bildirib ki, Rusiyaya hücumda Ukraynanın elit briqadaları iştirak edib. Onlar hücumu Almaniya və ABŞ texnikaları ilə həyata keçiriblər.
Qəzetə açıqlama verən ukraynalı hərbi bloger Yuri Podolyak Ukraynanın yeni və daha böyük hücum hazırladığını bildirib.
“Bu, sərhəddəki döyüşlərin sonu deyil. Sabah-birigün biz artıq başqa istiqamət barədə danışacağıq”.