"Biz hərbi məğlubiyyətə doğru irəliləyirik: rusiyalı terrorçu dövlət çevrilişinə hazırlaşır..."
"Ultrafaşistlər qızıl unitazda əyləşən qoca Kabayevə meydan oxuyur..."
Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi əməliyyatlarının bir ili ərzində hətta rusiyalllar da anlayır ki, bu müharibəni nə hərbi, nə diplomatik yolla Vladimir Putin və onun ətrafı uda bilməyəcək.
Və getdikcə rusiyalı təbliğatçılar və hərbi ekspertlərin dilindən "təslim olmaq" ifadəsi səslənir, bununla da əhali arasında Rusiya qoşunlarının Ukraynadan potensial geri çəkilməsinə hazırlıq gedir.
Sozcu.az xəbər verir ki, bu barədə "charter97.org" nəşri məlumat yayıb.
Lakin buna mütənasib olaraq radikal əhval-ruhiyyəli rusiyalılar, o cümlədən Rusiyanın müdafiə seqmentinə və hərbi sənayesinə aidiyyəti olanlar arasında narazılıq artır.
Buna misal olaraq uzaq 2014-cü ildə ilk dəfə Ukraynanı zəbt etməyə gələn və bu işdə uğur qazanan adam artıq təslim olacağı halda Rusiyada dövlət çevrilişi planları hazırlamağa başlayıb.
Söhbət 2014-cü ildə Rusiyanın "balaca yaşıl adamlarını" Donbasa gətirən və regionda çevriliş edərək öz hakimiyyətini bərqərar etməyə sövq edən terrorçu Girkin-Strelkovdan gedir.
İndi isə Girkin və onun dəstəsi Rusiyanın Ukrayna ilə müharibədə təslim olacağının yolverilməzliyi barədə danışmağa başlayıb.
Videomüraciətdə digər "xadimləri"-Donetsk vilayətinin "xalq qubernatoru" Pavel Qubarev və rusiyalı jurnalist Maksim Kalaşnikov da görünüb.
Qruplaşma Rusiyanın Ukraynaya qarşı müharibədə gələcək məğlubiyyəti barədə bəyan edib. Onlar həmçinin Kremlin təslim olacağı və demokratik qüvvələrin dirçələcəyi təqdirdə ölkədə hakimiyyəti zəbt edəcəkləri ilə təhdid edib.
"Biz ona qəzəbliyik ki, bir-birinin ardınca məğlubiyyətə uğrayırıq və heç nə dəyişmir. Biz "Qəzəblənmiş Vətənpərvərlər Klubu"nu yaradırıq. Biz hərbi məğlubiyyətə doğru irəliləyirik.
Əgər hadisələr pis ssenari ilə gedərsə, biz sonuncu müdafiə sərhəddi olacağıq. Əgər hər hansı Qərbyönümlü çevrilış baş verərsə, biz ordu və güc strukturlarında "sağlam" qüvvələrə söykənərək, onu devirəcəyik", - Strelkov və dostları müraciətində bəyan edib.
Vəziyyəti rusiyalı politoloq Andrey Piontkovski şərh edib. O, bu hadisədə Putin rejiminin gələcək iflasının əlamətlərini görüb.
"Ultrafaşistlər qızıl unitazda əyləşən qoca Kabayevə (Rusiya diktatoru Putinə) meydan oxuyur. Onların hələ də sağ qalması o deməkdir ki, onları güc strukturlarında dəstəkləyənlər var. Uşaqlar, işləyin! Bir-birinizi məhv edin", - Piontkovski yazıb.