"Putin postsovet əraziləri də işğal etmək istəyir" - Podolyak

Ukrayna Rusiya ilə danışıqlara getməyəcək. Rusiya lideri Vladimir Putin təkcə Ukraynanı deyil, digər postsovet ərazilərini də işğal etmək istəyir.

Sozcu.az xəbər verir ki, bunu “Bild”ə müsahibəsində  Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Müharibə, Putinin fikrincə, o, Ukraynanın bütün ərazisini fəth edənə qədər, Avropada hegemonluğa nail olana qədər, digər postsovet ərazilərini fəth edənə qədər davam edəcək. İnsan bir neçə ilə kifayətlənmək istəsə, nüfuzunu, münasibətlərini məhv edərək böyük müharibəyə getməz. Bu cəfəngiyyatdır”, – deyə o bildirib.

O, həmçinin tərəfdaşları Ukraynaya silah tədarükünü davam etdirməyə çağırıb. Onun sözlərinə görə, problem bərabərsizlikdir, tədarüklər balanslaşdırılmalıdır.

Podolyak Rusiyanın müharibə dövründə ciddi irəliləyiş əldə etmədiyini vurğulayıb.

Share on Facebook