Ukrayna Leninqraddakı qaz terminalını vurdu

Rusiyanın Leninqrad vilayətinin Ust-Luq limanında “Novateka” şirkətinə məxsus qaz terminalında partlayışlar baş verib.

Sozcu.az xəbər verir ki, Kinqiseppski rayonunun rəhbəri Yuri Zapalatski məlumat verib.

“Partlayış zamanı müəssisədə 148 nəfər olub. Ölən və yaralanan qeydə alınmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Vəziyyət tam nəzarət altındadır”, - Zapalatski bildirib.

Rusiya mətbuatının məlumatına görə, terminala Ukrayna PUA-larının hücumu olub.

Share on Facebook