İmtahandan kəsilən müəllimlərə ikinci şans verilməlidir - TƏKLİF

Təhsil sahəsində aparılan sertifikasiya imtahanlarından təxminən 13 min müəllim kəsilib, onlardan 1000-ə yaxını daha sonra işlə təmin olunub. 

Sozcu.az məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə deputat Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, təhsil sahəsində olduğu kimi mədəniyyət sahəsində fəaliyyət göstərən müəllimlərə ikinci şans verilməlidir. 

C. Məmmədov həmçinin vurğulayıb ki, musiqi məktəblərinə qəbul yerlərinin azaldılmasında daha ehtiyatlı yanaşma lazımdır. 

“İşğaldan azad olunmuş ərazilərdə yeni musiqi məktəblərinin açılması da diqqətdə saxlanılmalıdır. Təmsil etdiyim  Cəbrayıl rayonunda belə bir problem var. Gələcəkdə bu məqamları diqqətdə saxlamaq lazımdır” – deyə o bildirib. 

Nazir Adil Kərimli isə  qeyd edib ki, indiyədək incəsənət sahələrində dərs deyən müəllimlər attestasiya imtahanından keçirilirdiyindən onların nəticələri ya məqabul sayılır, ya da əmək müqaviləsinə xitam verilirdi.

Lakin buna baxmayaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə onlar ixtisasartımı və təlimlərə qoşularaq ikinci şans əldə edirdilər. Bundan sonra bu sahədə çalışan müəllimlərin də sertifikasiyadan keçməsi qaldırlan problemləri tənzimləyə bilər. 

Share on Facebook