"Bu, Qərbin müasir silah sistemləri ilə təchiz olunduğu ən güclü Ukrayna ordusunun öz ölkəsinin rusiyalı işğalçılardan azad etməyə başlayacağı tarixi gün olacaq..."
Alman KİV-ləri Ukraynanıni əldə etdiyi NATO-nun ən müasir texnikasını təsvir edib
Rusiya hakimi Vladimir Putin Ukraynanın Qərb müttəfiqlərinin vəd etdiyi bütün zirehli texnikasının alacağı "X" günündən qorxur. Bu, "Ukrayna üçün tarixi gün olacaq".
Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.
Nəşrin məlumatına görə, ötən bazar günü Ukraynaya onlarla alman döyüş tankları, o cümlədən 20-dən artıq ən müasir "Leopard-2A6" və 40-dək "Marder" maşınları gətirilib.
İlkin olaraq Ukrayna ekipajı altı həftə ərzində Almaniyada alman və portuqal ordularının ehtiyatında olan silah sistemləri üzərində məşq edib.
"Lakin Ukraynaya öz ölkəsini rusiyalı qəsbkarlardan azad etmək üçün lazım olanları Almaniya, nəhayət, tədarük edən tək ölkə deyil", - məlumatda deyilir.
Son bir neçə gündə həmçinin Böyük Britaniya Ukraynaya vəd edilən 14 "Çellencer-2" döyüş tanklarını tədarük edib. Bundan başqa, Amerikanın vəd edilən ilk 90 ədəd "Strayker" döyüş maşınları və bir çox digər ağır silah gətirilib.
Daha sonra 100 ədəd "Bredli" zirehli transportyorları və İsveçin 50 ədəd CV90 döyüş maşınları gətiriləcək. Bundan başqa, USQ 40 ədəd fransız AMX-10RS kəşfiyyat tanklarını əldə edəcək.
"Beləliklə, "X" gününə geriyə hesablama başlanır. Bu, Qərbin müasir silah sistemləri ilə təchiz olunduğu ən güclü Ukrayna ordusunun öz ölkəsinin rusiyalı işğalçılardan azad etməyə başlayacağı gün olacaq", - nəşr yazır.
Münhen Təhlükəsizlik üzrə Konfransının elmi əməkdaşı, hərbi ekspert Niko Lanqe güman edib ki, USQ mayın əvvəli və ya ortasında güclü əkshücuma keçəcək. Bu zamanadək ukraynalılar üçün onların əldə etdiyi silah sistemlərindən istifadə edilməsi üzrə təlimin iki mühüm mərhələsini başa çatdıracaq.
"Tanklar və zirehli transportyorlar digər silah sistemləri ilə birgə istifadə edilməlidir", - Lanqe izah edib və dəqiqləşdirib ki, o, artilleriya, pilotsuz uçuş aparatları, minalardan təmizləmə sistemləri və aviasiyanı nəzərdə tutur, onlar Qərbin hərbi maşınları ilə birgə USQ tərəfindən Rusiya qüvvələrinin maksimal olaraq məhv edilməsi üçün istifadə etməlidir.
Lanqe deyib ki, Almaniyanın "Leopard-2A6" tankı Rusiya tanklarından 95 faiz üstündür. O, düşməni hətta hərəkətdə olarkən və ya gecə vaxtı 5 km-dək məsafədə məhv edə bilər. Rusiyanın əksəriyyət tankları isə yalnız dayandığı yerdən və yalnız 1-2 km məsafəyə dəqiq atəş aça bilir.
"Sadə dildə desək, əgər ukraynalılar alman "vəhşi pişiklərindən" maksimal olaraq istifadə edəcəksə, o zaman "Leopard-2A6" Amerikanın "Abrams"larının 1991-ci ildə Fars körfəzində əldə etdiyi uğuru təkrarlaya bilər.
O zaman amerikalılar Rusiyanın bu gün də istifadə eydiyi analoji sovet tanklarına qarşı bütün tank döyüşlərində qalib gəlib. Təkcə Basra yaxınlığında 27 fevral 1991-ci ildə döyüş zamanı Amerika bölmələri İraqın 186 tankını məhv edib, özləri isə cəmi 4 "Abrams" tankı itirib", - Lanqe qeyd edib.