ABŞ-ın 2022-2024-cü illərdə dünyada “demokratiyaya dəstək” üçün xərcləri 9,5 milyard dollar təşkil edəcək.
Bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.
“2022, 2023 və 2024-cü maliyyə illərində Birləşmiş Ştatlar bütün dünyada demokratiya, insan haqları və yaxşı idarəçiliyi dəstəkləmək üçün təxminən 9,5 milyard dollar sərmayə qoyub və yatırmaq niyyətindədir”,- deyə məlumatda bildirilir.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden “Demokratiya Zirvəsi” çərçivəsində ABŞ hökumətinin dünyada demokratiyanın yenilənməsi üçün 690 milyon dollar sərmayə qoyacağını açıqlayıb.