“ABŞ Rusiya ordusunun Ukraynada 220,000 hərbi qulluqçu itirdiyini düşünür”.
Bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
Nazir ABŞ tərəfinin təqdim etdiyi bu rəqəmə həm ölən, həm də yaralı hərbçilərin daxil olduğunu deyib.
O, bu barədə İsveç müdafiə naziri Paul Conson ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb. Görüşün əsas hissəsi İsveç və Finlandiyanın NATO-ya daxil olmasına həsr olunub.