Erməni Rusiya üçün silah alveri edirmiş – ABŞ açıqladı

ABŞ erməni millətindən olan Slovakiya vətəndaşı, 56 yaşlı Aşot Mkrtıçevə sanksiya tətbiq edib.

Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Aşot Mkrtıçev 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində Rusiya və Şimali Koreya arasında iyirmi növdən çox silah və sursatın satışı və barterinin təşkilində iştirak edib.

ABŞ Maliyyə Nazirliyi aydınlaşdırıb ki, silah müqabilində Şimali Koreya müxtəlif əşyalar – sərnişin təyyarələrindən tutmuş xammal və mallara qədər - alıb.

Share on Facebook