Sabirabadda meyiti tapılan 8 yaşlı uşağın əmisi danışıb.
Səyyub Cəfərov qeyd edib ki, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət meyiti tapılan gün saat 13:00-a qədər məktəbdə olub.
“Daha sonra əmim gilə oynamaq üçün gəlib. Əmim heyvanları otlamağa aparanda, uşağın yolun qırağında uzandığını görüb. İlk öncə uzandığını düşünüb, daha sonra öldüyünü anlayıb. Heç bir xəstəliyi olmayıb. Bugünədək dərman belə içməyib. Bizim heç kimlə düşmənçiliyimiz yoxdur. Sadəcə öyrənmək istəyirəm, bəlkə kimsə düşmənçilik etmək istəyir”, - deyə S.Cəfərov qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində: