Putin Rusiyaya qarşı sanksiyaların neqativ təsirini açıq şəkildə etiraf edib, ancaq...

"Rusiya ona qarşı tətbiq edilən sanksiyaların sayına görə çempiondur..."

"Kreml diktatoru texnoloji, kadr və maliyyə suverenliyini təmin etməyə çağırış edib..."

Bundan öncə Kreml diktatoru sanksiyaların Rusiyaya yalnız fayda verəcəyini bəyan edib...

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynaya tammiqyaslı hərbi müdaxilədən sonra tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına neqativ təsir göstərə bilər.

Sozcu.az xəbər verir ki, bu barədə "qazeta.ru" nəşri məlumat yayıb.

O, hökumətin iclasında, guya, iqtisadi uğurlardan danışıb. Kreml diktatoru iclas iştirakçılarını zəifliyə yol verməməyə və "texnoloji, kadr və maliyyə suverenliyini" təmin etməyə çağırış edib, çünki "Rusiya iqtisadiyyatına tətbiq edilən qeyri-legitim məhdudiyyətlər ortamüddətli perspektivdə ona neqativ təsir göstərə bilər".

Maraqlıdır ki, ötən ilin mart ayında Putin bəyan edib ki, sanksiyalar Rusiyanın "yalnız xeyrinə olacaq".

Terrorçu dövlətin prezidenti həmçinin deyib ki, Rusiya iqtisadiyyatı 2022-ci ilin iyul ayından, guya, pozitiv dinamika göstərir, lakin artım trayektoriyasına qayıdış məmurları rahat etməməlidir.

Bundan başqa, prezident aşağıdakı tezisləri ifadə edib:

- daxili tələbin dinamikası ilə Rusiya Bankının inflyasiya üzrə oriyentirləri arasında uyğunluq olmalıdır;

- işgüzar fəallığı çətinləşdirən struktur məhdudiyyətlərinin ardıcıl olaraq aradan qaldırılmasını həyata keçirmək lazımdır;

- əsas tərəfdaşlar ilə xarici ticarət dövriyyəsinin həcmi, o cümlədən logistikanın yenidən qurulması sayəsində artır;

-Uzaq Şərq limanlarında malların yığılıb qalması problemi həll edilib;

- Rusiyanın emal sənayesinin dinamikası aşağı səviyyədə qalmaqdadır;

- Rusiya yaşayış evlərinin istifadəyə verilməsi və avtomobil yollarının təmirində rekord həcmlərə çatıb, diktator bu tempi saxlamağı əmr edib;

- BAM-da işlərin növbəti mərhələsi başa çatıb.

Bir gün öncə Rusiyanın baş naziri Mixail Mişustin bəyan edib ki, Rusiya ona qarşı tətbiq edilən sanksiyaların sayına görə çempiondur.

Lakin o, qeyd edib ki, Rusiya hökyməti ölkə iqtisadiyyatının artımı üçün işləməkdə davam edir və sanksiyalar təzyiqinə rəğmən, ölkədə artım müşahidə edilir.

Qərb dövlətləri Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsindən sonra ona qarşı çoxsaylı sanksiya məhdudiyyətlərini tətbiq edib.

Share on Facebook