Azərbaycan tərəfi ötən gecədən etibarən əlverişli mövqelər tutaraq mühəndislik işlərinə başlayıb.
Sozcu.az bu barədə “Hetq.am”a istinadən xəbər verir.
Nəşr qeyd edib ki, yeni mövqelər Tex-Stepanakert yolundakı keçmiş Ermənistan keçid məntəqəsinin yaxınlığında yerləşir.
“Biz yolun bir tərəfindəyik, azərbaycanlılar digər tərəfində, hər iki istiqamətə texnika gətirilib, mövqelərin təchiz olunması istiqamətində işlər aparılır, mövqelər bir-birindən 10-15 metr aralıdadır”, – mənbə bildirib.konkret