Saakaşvili məhbus mübadiləsi çərçivəsində azadlığa çıxmaq İSTƏYİR

"The Wall Street Journal" Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Rusiya ilə Qərb ölkələri arasında növbəti məhbus mübadiləsinə qatılacağına açıq şəkildə eyham vurduğu məktubu dərc edib. Sozcu.az xəbər verir ki, Saakaşvili yazır: “Avqustun 1-də əsirlərin dəyişdirilməsi mənim nə vaxtsa azadlığa çıxmaq növbəsinin mənə çatacağına dair ümidlərimi canlandırdı. Mən ümidlə yaşayıram, çünki onsuz mənə heç nə qalmayıb”. Eks-prezident hesab edir ki, Gürcüstanda o, Aleksey Navalnı və ya Vladimir Kara-Murza kimi Kremlin təsirinə müqavimət göstərdiyi üçün qondarma ittihamlarla Rusiya repressiyalarına məruz qalıb: “Məni qarşıda yeni məhkəmələr gözləyir, bu da həbs müddətini daha 11 il artıra bilər. Kara-Murza kimi mən də zəhərlənmişəm və yəqin ki, ömrümün sonuna qədər simptomlardan əziyyət çəkəcəyəm”.

Qəzza ilə bağlı danışıqlar yekunlaşdı: bəyanat gözlənilir

Dohada keçirilən Qəzza ilə bağlı danışıqlar yekunlaşıb. Sozcu.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyindən məlumat verilib. XİN bildirib ki, danışıqların nəticəsi ilə bağlı bəyanat veriləcək. Qeyd edək ki, ötən gün və bu gün Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Dohada danışıqlar keçirilib.

Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi

Ukraynanın Kursk bölgəsində ispan silahlarından istifadə etməsinə dair məlumatım yoxdur. Sozcu.az xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles deyib. O bildirib ki, Kiyevə verilən silahlardan necə istifadə edəcəyini Ukrayna özü müəyyən edir. "Bu müharibədir və ona görə də Ukrayna lazım bildiyi silahlardan hər an istifadə edəcək".

Ukrayna Rusiyada strateji körpünü darmadağın etdi - 700-ə yaxın hərbçi...

Ukrayna ordusu Kursk vilayətində Seym çayı üzərindəki körpüyə zərbə endirib. Sozcu.az xəbər verir ki, teleqram kanallarında yayılan məlumatları vilayət qubernatorunun müşaviri Roman Alekhin bildirib. "Kursk bölgəsi. Qluşkovo. Seym çayı üzərindəki körpü Ukrayna Silahlı Qüvvələri tərəfindən dağıdılıb. Düşmən Qluşkovski rayonunun Zvannoye kəndindəki körpüyə də zərbələr endirir”, - o, teleqramında yazıb. Rusiya mediası və teleqram kanallarının yazdığına görə, körpünün dağıdılması nəticəsində 20-dən çox yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Həmçinin qeyd edilir ki, Seym üzərindəki körpü həmin ərazidəki rus qoşunlarının əsas təchizat yolu olub. İddialara görə, körpü HIMARS və ya MLRS raketləri ilə vurulub. Mətbuatda, həmçinin zərbələreən sonra 700-ə yaxın rusiyalı hərbçinin mühasirəyə alınması barədə də xəbərlər yayılıb.

Nərgiz Məhəmmədi vəhşicəsinə döyüldü - Təcili

Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi ötən həftə Tehranda həbsxanada mühafizəçilər tərəfindən vəhşicəsinə döyülüb. Sozcu.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb. Məlumata görə, onun xəstəxanada müalicə tələbləri qəti şəkildə rədd edilib. dirnaq modelleri Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Nazirdən xəbərdarlıq: Türkiyədə ciddi yanğınlar ola bilər

Qarşıdakı üç gündə Türkiyədə ciddi yanğınlar ola bilər. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında deyib. Nazir bunu hava şəraiti, o cümlədən rütubət və istilərlə əlaqələndirib. Bu səbəbdən də vətəndaşları qarşıdakı üç gündə və sentyabrın 15-nə qədər diqqətli, ehtiyatlı olmağa çağırıb.

Kurskda rusların daha bir kolonu məhv edildi

Kursk vilayətinin Korenevo rayonu yaxınlığında Rusiya ordusunun hərbi kolonu məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Qəbələdə kütləvi zəhərlənmə: 55 nəfər...

15.08.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir. *** 10:29 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlalayıb. Bu barədə Sozcu.az-a Agentlikdən nməlumat verilib. "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib. *** 10:16 Qəbələ rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı kütləvi zəhərlənmə baş verib. Sozcu.az-ın məlumatına görə, toyda iştirak edən 50-ə yaxın şəxsin qidadan zəhərləndiyi bildirilir. Zəhərləmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən arasında azyaşlıların olduğu bildirilir. Hadisə bağlı araşdırma aparılır.

Prezident onu nazir müavini təyin etdi

Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub. Sozcu.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rəşad İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib. O, bu təyinata qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.

Sumqayıtda partlayış: əlindəki partlayıcı işə düşdü...

Sumqayıtda partlayış olub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə yaşayış binasında qeydə alınıb. Orada olan bir nəfərin əlində partlayıcının partladığı və həmin şəxsin öldüyü bildirilir.

İşdən çıxardılar, neft şirkətinin qarşısında özünü yandırdı

Salyan sakini özünü yandırıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Salyan rayonunun Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Oktay oğlu Aydınov üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilən xəstə daha sonra paytaxta yanıq mərkəzinə yola salınıb. Hadisəyə səbəb onun işdən çıxarılması olub. Qeyd edək ki, hadisə O.Aydınovun işlədiyi "Salyan Oyl" şirkətinin qarşısında baş verib. Faktla bağlı araşdırma aparılır.

Gülərdən İrana çağırış: Ağıllı davran!

Son vaxtlar tərəflər arasında gərginlik artıb. Lakin bu, regionumuz üçün çox təhlükəlidir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər İsrail və İrana çağırış edərkən bildirib. "Hər iki tərəfi ağıllı davranmağa çağırıram. Regionumuzun hər tərəfində illərdir toqquşmalar gedir. İnsanlar artıq yorulublar", - nazir qeyd edib.

Quyuda boğulan ata və qızının ölümü ilə bağlı təfərrüat

Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüat məlum olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov dərinliyi təxminən 15 metr olan su quyusuna düşən qızı 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanı oradan xilas etmək istəyərkən özü də quyuya düşərək boğulub. Qız quyuya düşərkən evdə heç kim olmayıb. Qonşu kəndə qonaq gedən ata evə gəldikdən sonra qızını axtarmağa başlayıb. Sonra onun ayaqqabılarını quyunun kənarında görüb. Qızının quyuya düşdüyünü müəyyən edən ata dərhal su şlanqı ilə onu çıxarmağa çalışıb. Lakin şlanq qırıldığından o da boğulub. Kənd sakinlərinin məlumatına görə, qız həmişə quyudan kəndir vasitəsi ilə su çəkirmiş. O boğulan zaman evin xanımı Bakıda müalicədə olub. Qeyd edək ki, dünyasını dəyişən N.Məmmədova nişanlı imiş.

Rusiyanın bombardmançı təyyarəsi qəzaya uğradı

Rusiyanın İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsi planlı uçuşu yerinə yetirərkən qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ekipaj katapult edib, təyyarə isə boş əraziyə düşüb. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

Pentaqon: Ukraynanın hücumu ilə bağlı sübutumuz yoxdur

ABŞ Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının dərinliklərinə uzaqmənzilli Amerika silahlarının vurulmasına qoyulan qadağaları pozduğuna dair heç bir sübuta malik deyil. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun hesabatında deyilib. Qeyd edək ki, daha öncə Rusiya Ukrayna ordusunun ABŞ silahlarından istifadə edərək ərazisinə hücum etdiyini iddia edib.

Ağsuda ağır yol qəzası oldu, ölən və yaralanan var

Ağsu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Ağsu şəhərinin Tofiq İsmayılov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, “VAZ 2106” markalı avtomaşının sürücüsü, Ağsu rayon sakini Nazim Abışov həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara çırpılıb. Qəza zamanı avtomobildə olan Ağsu sakini Rövşən Əzizbəy oğlu Əmirov hadisə yerində ölüb, sürücü N.Abışov isə ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Ağsuda deputatlığa namizədin vəkili həbs edilib

90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd Ruslan Nəcəfovun vəkili Samir Cəfərov həbs edilib.  Samir Cəfərovun yaxınlarının Sozcu.az saytına verdikləri məlumata görə, Samir Cəfərovun saxlanılmasına səbəb onun seçkilərdə aktiv iştirak etməsidir.  Əldə etdiyimiz digər məlumata görə, Ağsu rayonunda olan bir neçə idarə müdirinin şikayəti əsasında Ağsu rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan Samir Cəfərov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıya aparılıb.  Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi hələki rəsmi məlumat yaymayıb. 

SON DƏQİQƏ! Xəzərdə dalğanın hündürlüyü 3.8 metrə çatır

Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Xidmətdən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şamaxı, Kürdəmirdə 19, Qəbələ, Oğuzda 11, İsmayıllı, Xaltanda 7, Goranboyda 6, Göygöl, Naftalanda 5, Altıağac, Quba, Xaçmaz, Şabran, Gədəbəy, Mingəçevir, Daşkəsən, Gəncə, Şəmkir, Xınalıq, Qrız, Şahdağ, Zərdab, Bərdə, Ağsu, Yevlax, Göyçay, Tərtər, Qusar, Qobustan və Şəkidə 4 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub. Əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi “sarı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında saniyədə 19, Beyləqanda 18, Şirvanda 15 metrədək güclənib. Klinikalar Neft daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb. Avqustun 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, bölgələrdə isə avqustun 17-si gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.

Anar Məmmədovun rəqibi: "Şəhid anasını 40 dərəcə istidə görüşə gətirməzlər"

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin qalmaqallı rəqibləri Yeni Azərbaycan Partiyasının namizədlərindən olan VI çağırış Milli Məclisin deputatı Anar Məmmədov və ictimai fəal Şəhriyar Məcidzadə arasında sular durulmur. Sozcu.az xəbər verir ki, Məcidzadənin sözlərinə görə, inkvizisiya dövründə insanları oda atırdılar, indi də 40 dərəcə istidə, çətir altına məcburi şəkildə Anar Məmmədovun görüşünə gətirirlər: "Şəhid anasını 40 dərəcə istidə görüşə gətirməzlər. Deputatlığa namizəd bunu edə bilməz. Mənim gördüyüm tərbiyə budur ki, şəhid anasının ayağına gedərlər, yanında oturarlar. Din xadimlərini, başqa rayonlardan olan insanları görüşə gətirməzlər. Vəzifədən, 5-10 manat puldan ötrü insanların istəmədikləri görüşlərə gətirilmələri çox ağırdır. Müraciətlərimin cavabsız qalmasını özlərinə qələbə sayırlarsa, qoy saysınlar".pravda)

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, hazırda Bakıda və Abşeron yarımadasında , Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Xaltan, Quba, Goranboy, Kürdəmir, Mingəçevir, Yevlaxda arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.

Bakıda bir yaşlı uşaq faciəli şəkildə öldü

Bakıda faciəli hadisə baş verib. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, bir yaşlı Mədinə Məmmədovanın üstünə qaynar su tökülüb. Nəticədə xəstəxanaya yerləşdirilən körpə aldığı xəsarətdən orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Əhali arasında infeksion xəstəliklər yayılıb - Ehtiyatlı olun!

Hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, bunlara səbəb, əsasən, müxtəlif virus və bakterial infeksiyalardır: "Hər il isti aylarda kəskin respirator virus infeksiyalarından paraqrip, adenovirus infeksiyaları mühitdə dövr etdiyindən hazırda da bu tip xəstəliklər qeydə alınır. Hətta isti aylarda bəzən yoluxma sayında artımlar da müşahidə olunur. Adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Eyni zamanda, hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan və isti dövrlərdə rast gəlinən rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enteroviruslardır". Ekspert bildirib ki, bu cür infeksiyaların isti aylarda yayılmasının müxtəlif səbəbləri var: "Bunlara həddən artıq isti havanın immunitetə mənfi təsir göstərməsi, yuxarı tənəffüs yollarının quruması nəticəsində infeksiyalara müqavimətin azalması, kondisionerlərin istifadəsi zamanı açıq hava ilə müqayisədə yaşayış və iş yerlərində kəskin temperatur fərqinin olması, otaqların qapalı saxlanması, yay məzuniyyəti ilə əlaqədar əhalinin müxtəlif kütləvi istirahət tədbirlərini, çimərlik mövsümünü və s. aid etmək olar". T.Eyvazov, həmçinin, qeyd edib ki, bu infeksiyalar, əsasən, yüngül və fəsadsız keçir: "Özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli, gigiyena qaydalarına əməl etməliyik. Unutmayaq ki, yay aylarında rast gəlinən günvurmanın əlamətləri də bu xəstəliklərlə oxşar ola bilər. Yuxarıda qeyd edilən əlamətləri özündə hiss edən insanlara vaxtında həkimə müraciət etmək tövsiyə olunur".

Məhkəmə iti baltalayıb öldürən şəxsə ağır cəza verdi

Binəqədi rayonunda itlə rəhmsiz rəftara görə saxlanılan şəxs həbs olunub. Sozcu.az xəbər verir ki, 1982-ci il təvəllüdlü X.Muradov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub. Qeyd edək ki, ötən gün Biləcəri qəsəbəsində "DSK yolu" adlanan ərazidə onun iti balta ilə döyməsi ilə bağlı görüntülər yayılmışdı. Həmin şəxsin övladını it dişlədiyi və nəticədə övladının dünyasını dəyişdiyi iddia edilib.

Ukrayna F-16-lardan Kurskda istifadə edib?

Ukrayna ordusu Kursk vilayətinə hücum zamanı Qərbdən alınan F-16 qırıcılarından istifadə etmir. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” yazıb. “Ukrayna tərəfi bu istiqamətdə döyüşlərdə ilk dəfə aviasiyadan istifadə edib, lakin döyüşlərə F-16-lar yox, Su-27-lər qatılıb”, - məlumatda qeyd olunub. Nəşrin məlumatına görə, Ukrayna hərbi komandanlığı F-16-dan Rusiya hərbi obyektlərinə ​​riskli hücumlar üçün deyil, hava hücumundan müdafiə patrulları üçün istifadə etməyi planlaşdırır.