Kəlbəcər ictimaiyyəti qaydışıla bağlı tədbir keçirdi - Fotolar

Dünən - dekabr ayının 22 - Kəlbəcərə Qayıdış İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Kəlbəcər ictimaəti ilə görüş keçirildi. Kəlbəcərin ruhuna uyğun olaraq, sazlı , sözlü keçən görüşdə, kəlbəcərli ziyalılar - alimlər, ozanlar, şairlər və mətbuat nümayəndələri iştirak etdilər.

Görüşdə, Kəlbəcərin tarixi, təbiəti və Kəlbəcərin özünə xas olan digər özəllikləri haqqında məlumatlar verməklə bərabər, alimlər və yardacı insanlar  gördükləri işlər barədə Kəlbəcər ictimaətinə məlumat verdilər.

Tədbirdə, doğma torpaqlara qayıdışla bağlı görünən işlər, yaranan problemlər, uğurlar və nöqsanlarla bağlı fikir mübadilələri aparıldı.

 Kəlbəcər ictimaəti işğaldan azad edilən torpaqlara qayıdışın vacib olduğunu bəyan etdilər və qeyd etdilər ki, işğaldan azad edilən   ərazilərimizdə - o cümlədən Kəlbəcərdə yaşayacaq insanların sosial təminatının yaxşılaşdırılması,  o torpaqların sakinlərinin sahibkarlıqla məşğul olmaları üçün şəraitin yaxşılaşdırılması üçün ciddi işlər görülməlidir.

Tədbirdə, işğaldan azad edilən torpaqların sakinlərinin də, qanunda göstərildiyi kimi, digər bölgələrimiz kimi pay torpaqlarının olması da  iştirakçılarının əzas müzakirə etdiyi məsələrdən oldu.  Kəlbəcər ictimaəti hesab edir ki, onların hüquqi və mənəvi torpaqlarının icarə adı ilə mənimsənilməsi doğru siyasət deyil.  Sakinlər bu nöqsanların da aradan qaldırılacağına inandıqlarını bildirdilər.

Tədbirdə, Kəlbəcərə qayıdışla bağlı və Kəlbəcər ictimaətinin maraqlarının qorunması  təmin edilməsi məqsədi ilə işçi qrupunun yaradılmasını təklif etdilər. Təklif yekdilliklə qəbul edildi.

Elşən Əlisoy

0b07f6626bbbedbd72c5b63e64852cd0.jpg

6b3e6028b0efdbe7a9f755dd55029602.jpg

9cf4c11686cf9eeef7b7833c4dfa97f3.jpg

Share on Facebook