19 dekabr günü ustad söz adamlarından olan, tanınmış jurnalist və şair Ədalət Nəbi Qarabuludun 69 yaşı tamam oldu.
Ədalət bəy Paytaxt.org-a açıqlamasında bildirib ki, doğum gününü ailəsi, nəvələri ilə birlikdə qeyd edəcək:
“Bu günü ailəmlə, nəvələrimlə bir arada olacam. Coxdandır onların bəzilərini görmürəm. Doğum günü bizi birləşdirəcək. Bilirsiniz, mən yazdıglarımı özümcün yazıram. Ad günü münasibəti ilə yeni şeirlər yazmışam. Çox güman ki, onların bəzilərinin ilk dinləyiciləri elə nəvələrim olacaq."
70 yaşa qədəm qoyan şair bu rəqəmin ona bir az qəribə gəldiyini dedi:
“Yeni şeirlərim var, 70 illik yubileyə kimi onları çap etdirib, oxucuların öhdəsinə verəcəm. 70 ilə seçmə şeirlərdən ibarət geniş həcmli bir kitab hazırlamağı düşünürük. Kitabın redaktorluğunu dostum Vəli Xramçaylı boynuna götürüb. Təki, sağlıq olsun...”.
Ədalət Nəbi Qarabuludun fikrincə, qələm adamı belədir - yaşının üstünə yaş gələndə adi insanlardan tam fərqli görünür:
“Sanki, özünə hesabat verirsən. Yəni, bu yaşa kimi neylədim? Nəyi edə bildim, nə qaldı? Əslində, nəyi eləməliydik, amma edə bilmədik? İnsan yaşlaşdıqca həmişə tələsir. İstəyir ki, nəsə iş görsün.”
"İlin sonuna bir şey qalmayıb, 69-cu yaşınızın işığında şəxsi həyatınızda hec vaxt unutmayacagınız günlərinizi xatırlayırsınızmı?" sualımıza Ədalət bəyin cavabı maraqlı oldu:
"Şəkildə gördüyünüz bu yeniyetmə, qız nəvəm Abduləziz Əzizlidir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından olan Molla Cümənin nəslindəndir. Bu bala bu il dövlətimizin başını ucaldanlardan olub - Hindistanda kecirilən Dünya Robot Çempionatında uğurla iştirak edərək dünya cempionu adını qazanıb.
Bir baba olaraq mənimcün bundan möhtəşəm sevinc ola bilməz. Allah bütün balaları qorusun!"
Şair sonda onu da vurğulayıb ki, o, oxucularına və xalqa demək istədiklərinin hələ hamısını deməyib:
“1970-ci ildən dövrü mətbuatdayam. Hələ deyilməmiş, yazılmamış çox şey var. Hələ hamısını deməmişəm. Bunun üçün 70 il də azdır”.
Ədalət Nəbi Qarabulud 1955-cı il dekabrın 19-da Ağsu şəhərində anadan olub. Ağsu şəhər 1 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alıb. İlk iş yeri rayonda cıxan "Birlik" qəzeti olub. O, mətbəə müdirliyindən baş redaktor vəzifəsinə qədər yüksəlib. O, 2000-ci ildə Bakı şəhərin köcüb. Bir müddət "Paklıq" qəzetində, sonradan Aydın Quliyevin baş redaktor olduğu gündəlik dərc olunan "Hüriyyət" qəzetində calışıb. Sonradan o. həftəlik "Qulaqburması" satirik jurnalına rəhbərlik edib. 3 ilə qədər həfdədə 3 dəfə dərc olunan "Qaynar xətt" qəzetinin baş redaktoru olub. Hazırda BİA.az-ın (Bakı İnformasıya Agentliyi) baş direktorudur.
Ədalət Nəbi Qarabulud həmcinin Xalq hərəkatının öncüllərindəndir. AXC yarandığı gündən onun ön sıralarında olub. AXC Ali Məclisinin üzvü, Ağsu rayon şöbəsi idarə heyətinin üzvü, 1991-ci ildən isə AXC Ağsu rayon şöbəsinin sədri olub.