Bu bölgəmizə qar yağır

11:08

Bakıda oktyabrın 26-sı saat 10:00-a olan məlumata əsasən hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Şahdağda qar örtüyünün hündürlüyü 2 sm təşkil edir.

Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənmişdir.

Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

***

Oktyabrın 26-sı saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Gəncə, Qax, Balakən, Altıağac, Quba, Qusar, Xaçmaz, Zaqatala, Şəki, Ağsu, Xaltan, Şabranda arabir yağış, Şahdağda isə qar yağıb.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 18, aran rayonlarında 20, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.

***

Oktyabrın 26-sı saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Altıağac, Quba, Xaltan, Şamaxı, Şabran, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlaxda yağış, Qusar(Laza), Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 19, Aran rayonlarında 20, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

Share on Facebook