İran səhvə yol versə yenidən vuracağıq! - Haqari

İndi İsrailin İranda əməliyyatlar keçirməsi üçün daha əlverişli şərait yaranıb və İran səhvə yol versə yenidən cavab verəcəyik.

Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Ordusunun sözçüsü Daniel Haqari deyib.

“Bizim mesajımız aydındır, İsrail dövlətini təhdid edən və bölgəni daha geniş gərginliyə sürükləməyə çalışanların hamısı bunun əvəzini ağır ödəyəcək”, - o bildirib.

Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Share on Facebook