Qarabağda SES sahibi olmuş separatçı özünü öldürdü

Qarabağdakı separatçı rejimin keçmiş liderlərindən biri Arşavir Qaramyanın keçmiş kürəkəni Loris Yeqoyan intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, həmin şəxs “Beretta” tapançasından atəş açaraq özünə qəsd edib. Nəşrin məlumatına görə, Yeqoyan və Qaramyanın qızı bir neçə ildir ki, boşanıb. O, uzun illər Qarabağda su elektrik stansiyasının sahibi, eləcə də kollektor agentliyinin direktoru olub.

Masallıda 6 aylıq uşaq arabadan yıxılaraq öldü

Masallıda 6 aylıq uşaq bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə Digah yaşayış massivində qeydə alınıb. 2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Başı arabanın konstruksiyasında qalan uşaq boğularaq ölüb. vakansiyalar Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sumqayıtda universitet tələbəsi 7-ci mərtəbədən yıxıldı

Sumqayıtda 21 yaşlı oğlan 7-ci mərtəbəsindən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb. 2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov ölüb. socar vakansiya Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. F. İsmayılov universitet tələbəsi olub. Fakt araşdırılır.

Ədliyyə nazirinə iki müavin TƏYİN OLUNDU

Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar. Sozcu.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib. 2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib. 2020-ci ildən son təyinata qədər Mübariz Əhmədov Baş prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində işləyib və ölkə başçısının müvafiq sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsili alıb. Toğrul Hüseynov 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə Azərbaycan Dəmir Yolları QSC-də, 2017-2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb. Son təyinata qədər Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.

7 nəfəri ildırım vurdu, hamısı öldü

Hindistanın Çhattisqarh ştatında ildırım vurması nəticəsində 7 nəfər ölüb.  Sozcu.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Balodabazar-Bhatapa rayonunda axşam saatlarında baş verib. Əkin sahəsində işləyənlər şiddətli yağışdan qorunmaq üçün ağacın altına toplaşıblar. İldırımın ağaca düşməsi 7 nəfərin ölümünə, 3 nəfərin ağır yaralanması ilə nəticələnib.  Qeyd edək ki, Hindistanda hər il musson yağışları mövsümündə minlərlə adam ildırım qurbanı olur.  

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 929-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 626 410 hərbçi, 8 639 ədəd tank, 16 906 ədəd zirehli döyüş maşını, 17 830 ədəd artilleriya sistemi, 1 180 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 942 hava hücumundan müdafiə sistemi, 368 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 24 262 ədəd avtomobil texnikası, 14 897 ədəd PUA, 2 588 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3049 xüsusi avadanlıq itirib.

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Sarı xəbərdarlığa uyğun olaraq Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Avtomobil hissələri bazarında xaos: saxta mallar tüğyan edir, heç kimin vecinə deyil!

Azərbaycanda avtomobillərin ehtiyat hissələri bazarında saxta mallar baş alıb gedir. Belə mallar əksər hallarda orijinal adı ilə müştərilərə sırınır. Bununla bağlı məlumatları Azad İstehlakçılar Birliyindən (AİB) də təsdiqləyiblər. AİB sədri Eyyub Hüseynov Modern.az saytına bildirib ki, uzun müddətdir, onlara əmtəə bazarında saxta, standartlara uyğun olmayan avtomobil hissələrinin satıldığına dair şikayətlər daxil olur. Onun sözlərinə görə, hökumətin sahibkarlar üçün yaratdığı rahat şəraitdən sui-istifadə edən bir çox “işbazlar” saxta avtomobil hissələrinin satışını özləri də təsdiqləyirlər. Yəni bir çox hallarda satıcılar müştəriyə “bu, əsl ehtiyat hissəsidir, bu isə onun oxşarıdır” etirafını edirlər. Saxta malların isə heç bir mənşəə sənədləri olmur. “Təsadüfi deyil ki, “Hyundai” avtomobillərini istehsal edən Cənubi Koreya şirkətinin mütəxəssisləri də Azərbaycanda saxta ehtiyat hissələrinin satışından narahat olmuş, bu işlərə nəzarət etməyə cavabdeh olan dövlət orqanlarının əməkdaşlarına 23 avqust 2023-cü ildə treninqlər keçirmişdilər. Lakin vəziyyət düzəlmədi”, - E.Hüseynov vurğulayıb. AİB sədri təəssüflə qeyd edib ki, ”Hyundai” şirkətinin Azərbaycandakı rəsmi  distrübüteri olan “Avto Azərbaycan” MMC bazarda baş verən bu xaosa qarşı heç bir iş aparmır, seyrçi mövqe nümayiş etdirir. E.Hüseynov deyib ki, Azad İstelakçılar Birıliyinin bazardakı araşdırması “Hyundai” avtomobil hissələrinin aşağıda adları qeyd olunan saxta variantlarını üzə çıxarıb: Əyləc qəlibləri; yanacaq filteri; yağ filteri; hava filteri; mühərrik qayışı; hidravlik tarımlayıcı; sükan lenti; yağ karteri; yağ nasosu; salniklər; porşenlər; val;  vanus (valın boyunluğu); mühərrik təmir dəsti; mühərrik yastığı; muftalar; alışqan şamları; əyləc diski; amartizatorlar; sürgü qolları; porşen üzlüyü; zəncir dəsti və s. Qeyd olunan saxta avtomobil hissələrinin hər biri sürücülərin həyatına təhlükə yaradır, onları maddi itkilərə salır, eyni zamanda avtomobillərin sıradan çıxmasına təsir göstərir. E.Hüseynov deyib ki, saxta malların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər rəsmi kassa çeki də vermirlər. AİB Babək prospektindəki mağazalarda, “Maşın bazarı” kimi tanın ticarət mərkəzində çoxlu belə faktlar aşkarlayıb. “Əksər saxta mal satışı yerlərində istehlakçı hər hansı maliyyə sənədi tələb etdikdə, hətta saxta “qaimə faktura”nı da vermirlər, yəni iz qoymurlar! Saxta hissələrin markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “Mobis” haloqramından istifadə olunur”. Müsahibimizin sözlərinə görə, mövcud şəraitdən sui-istifadə edən çoxsaylı fiziki və hüquqi şəxs müxtəlif ölkələrdən - Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Koreya, Rusiyadan “Hyundai” markalı avtomobillərə  məxsus müxtəlif növdə saxta hissələr idxal edirlər.  “Saxta avtomobil ehtiyat hissələri satıldığı yerlər əsasən Bakı şəhərindəki Babək prospektində yerləşən “Avto Mall” ticarət mərkəzində, “Koreya avtomobil hissələri” (Köhnə adı “Fovarit”) mağazasında və həmin prospektdəki çoxsaylı dükanlardır. Ümumiyyətlə, saxta avtohissələr ölkəmizin bütün ərazisində geniş şəbəkə ilə satılır! Bazardakı bu sahədə olan xaos haqsız rəqabət mühiti yaratmaqla, istehlakçıların hüququnun pozulması, onların aldadılması ilə müşayiət olunan keyfiyyətsiz mallarla təminatına səbəb olur”. AİB sədri bildirib ki, yol-nəqliyyat hadisəsi baş verdikdə, sığorta şirkətləri də bu “fürsəti” əldən vermir, yəni saxta avtomobil hissələrinin istifadəsindən yararlanır və ödənilən məbləğdə bunu nəzərə alırlar: “Bununla bağlı digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissəsindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilənin bağlanılmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsidir. Xidmətdən istifadə etmiş sürücünün ustanın səhvi üzündən hadisə törədib hətta dünyasını dəyışsə belə, sonuncu dəfə avtomobilini harada təmir etdirdiyinə dair heç bir faktın olmamasıdır. Bunlar hamısı ciddi istehlakçı və dövlətin qanunlarının pozulmasıyla bağlı məsələlərdir. Araşdırma göstərir ki, təkcə “Hyundai” saxta hissələrinin mal dövriyyəsi illik təqribən 2 000 000 manatdan yüksəkdir”. E.Hüseynov bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə cəzalar nəzərdə tutulub. Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə, saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Tək “Hyundai” avtomobil hissələrinin deyil, digər markalı avtomobil hissələrinin də saxtaları əmtəə bazarında geniş şəbəkə ilə satılır, nə üşün müsadirə edilmir, niyə dövlətin qanunlarına əməl edilmir?! Biz “Hyundai” markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarını araşdıraraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Vergi Xidmətinə, Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərmişik”, - Eyyub Hüseynov vurğulayıb.

Biləsuvarda faciə: Sınıqçı 2 yaşlı qızı masaj etdi, azyaşlı öldü

Biləsuvar rayonunda faciəvi hadisə baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

ABŞ-də atışma zamanı beş nəfər yaralanıb

ABŞ-nin Kentukki ştatında kütləvi atışma nəticəsində beş nəfər yaralanıb. Sozcu.az-ın məlumatına görə, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib. "Şerif ofisinin məlumatına görə, şübhəlinin axtarışı başlayıb", - məlumatda deyilir. Hadisə Lorel dairəsində baş verib. Polis atıcının axtarışını davam etdirir. Ştatın qubernatoru Endi Beşir magistral yolu hər iki istiqamətdə bağlatdırıb. O, yerli sakinləri təhlükəli zonadan qaçmağa çağırıb.report)

Ağdaşda 28 yaşlı gənc öldürüldü

Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri

Bill Börns Qərbi Rusiya hər dəfə nüvə silahı ilə hədələməyə başlayanda qorxmağı dayandırmağa çağırıb... Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns Londona səfəri zamanı deyib ki, Qərb liderləri Rusiyanın nüvə şantajı cəhdlərinə təmkinlə yanaşmalı və bunun Kremlin dayandırmaq fikrində olmadığı adi bir praktikası olduğunu başa düşməlidirlər. Sozcu.az "TSN"-ə istinadla  xəbər verir ki, bu barədə "The Guardian" yazır. “Putin bir xuliqandır. O, zaman-zaman öz silahlarıyla hamını hədələməkdə davam edəcək... Biz bunu yadda saxlamalıyıq”, - deyə MKİ rəhbəri bildirib. Eyni zamanda, Börns etiraf edib ki, o, vaxtilə Rusiyanın Ukraynaya nüvə zərbəsi endirə biləcəyi ilə bağlı təhdidlərinə inanıb. “2022-ci ilin payızında elə bir məqam var idi ki, mən Rusiyanın Ukraynada taktiki nüvə silahından potensial istifadəsinin real riskinin olduğuna inanırdım”, - deyə o bildirib. Börns indi əmindir ki, Kremlin bu cür bəyanatlarına çox da ciddi yanaşmaq olmaz. MKİ rəhbəri həmçinin bildirib ki, 2022-ci ilin noyabrında o, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə şəxsən Türkiyədə görüşüb və Rusiyanın nüvə silahından istifadəsinin hansı nəticələrə gətirib çıxaracağını ona “aydın şəkildə izah edib”. Xatırladıılır ki,  Ukrayna lideri Zelenski də Putin nüvə silahından istifadə etməyəcəyini düşünür. Rusiyanın nüvə təhdidləri hədə-qorxudan başqa bir şey deyil. Rusiya həm ruslara, həm də beynəlxalq ictimaiyyətə gücünü göstərmək üçün bu taktikaya əl atır.

Rusiyanın itkiləri 625 mini ötdü

Ukrayna müharibənin 928-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 625 260 hərbçi, 8 636 ədəd tank, 16 897 ədəd zirehli döyüş maşını, 17 804 ədəd artilleriya sistemi, 1 180 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 942 hava hücumundan müdafiə sistemi, 368 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 24 218 ədəd avtomobil texnikası, 14 864 ədəd PUA, 2 588 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3047 xüsusi avadanlıq itirib.

Gəncədə zəlzələ oldu

Göygöl şəhərində 3,2 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Yeraltı təkanlar saat 10:25-də Tovuz stansiyasından 29 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.

Bakıdakı yaşayış evində partlayış: xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində evə ziyan dəyib, 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

“Bəzi müəllimlər nəşriyyatlarla əlbirdir, onlardan faiz alırlar” - AÇIQLAMA

Tədris ilinin başlanmasına sayılı günlər qalıb. Hər il olduğu kimi bu il də şagirdlərdən müxtəlif vəsaitlərin, iş dəftərlərinin alınması tələb olunacaq. Bəzi valideynlər bunu normal qarşılasa da, bəziləri maddi cəhətdən çətinlik yaşadıqları üçün bütün bunları lazımsız hesab edir. Maraqlıdır, bu əlavə dərs vəsaitlərinin alınmasına ehtiyac varmı? Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, əlavə vəsaitlərin alınmasını tələn edən müəllimlər bəzi nüanslara diqqət yetirməlidirlər: Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə  magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az “Həmişə balansı qorumağa çalışmışam. Lakin bu mövzuda valideynləri müdafiə edəcəm. Müəllimlər deyəcəklər ki, bu vəsaitlər mövzunun daha yaxşı mənimsənilməsi üçün alternativ variantdır. Mən bununla razı deyiləm. Doğrudur, onların müəyyən qədər faydası var, lakin müəllimlər alternativ vəsaitlərə qaçmaqla yanaşı anlayışlı olmalıdır. Çünki repetitorluq ilə məşğul olub, müəyyən miqdar gəlir əldə edən biri üçün bu vəsaitlərin alınması problem deyil, amma uşağına hər ay müəyyən büdcə ayıran bir valideyn üçün o büdcədən kənar xərcin olması problemdir. Bu gün ölkəmizdə orta statistik  valideyn üçün maddi sıxıntılar kifayət qədərdir. Bu səbəbdən onların maddi sərfiyyatını da düşünmək lazımdır”. O həmçinin əlavə edib ki, uşaqların zehni tutumunu yükləmək olmaz: “Hər bir insanın qavrayış tutumu, zehni götürmə qabiliyyəti var. Əlavə vəsaitlərlə uşağın zehni tutumunu pis vəziyyətə salırıq. Biz 10 kiloqram yükdaşıma qabiliyyəti olan birinə 15 kiloqram yük verməklə ona zülm etmiş olarıq”. Tədqiqatçının sözlərinə görə, bəzi müəllimlər nəşriyyatlarla əməkdaşlıq edirlər: “Bəzi müəllimlər, məktəb rəhbərliyi nəşriyyatlarla əlbir olaraq dərs dedikləri siniflərdə onların vəsaitlərini şagirdlərə satır və buradan müəyyən faizlər əldə edirlər”.

Sentyabrın 7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ

Bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O qeyd edib ki, sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir:  "Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək".

Gürcüstanda zəlzələ oldu

Gürcüstanın Dmanisi şəhərində 4,1 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcıq rayonunda 5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerli vaxtla 09:31-də, yerin 7 km dərinliyində qeydə alınıb.

“İnsanları qırmağa çalışırlar, daha çox gənclər meymunçiçəyinə yoluxacaq, karantin olacaq” - professordan HƏYƏCAN TƏBİLİ

“Çiçək xəstəliyi çox axmaq bir xəstəlikdir. Bu xəstəlikdən minlərlə, milyonlarla adam qırılır. 1982-ci ildə dünyada çiçək xəstəliyini tamamilə ləğv etdilər. Amma onun yerinə yeni bir xəstəlik əmələ gəldi. Bu da SPİD (QİÇS) idi. Yer kürəsində ləğv olunsa da, Konqoda meşəlikdə 50 meymun yaşayırdı. Onları da Ümumdünya Səhiyyə Təşkilatı daim nəzarətdə saxlayırdı. Meymundan insana yoluxa bilərdi. İndi onu buraxıblar meymunlara, buna da meymunçiçəyi deyirlər. İnsanları qırmağa çalışırlar. Bu xəstəlik üzdə çopurluq əmələ gətirir, orqanları sıradan çıxarır. Çox vaxtı da ölümlə nəticələnir”. Sozcu.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra bu xəstəliyə qarşı peyvəndlərdən danışıb: “O vaxt SSRİ dövründə bu xəstəliyin peyvəndi var idi. Qolumuza iki cızıq xətt çəkirdilər, qol da qızarırdı. Buna yazılma deyilirdi. Bununla da heç kim çiçək xəstəliyinə tutulmurdu. Yaşlı adamları yox, cavanları bu xəstəlik qıracaq. Mən də bu xəstəliyə yazılmışam, tutsam da çox yüngül keçirəcəm”. Rəşid Mahmudov bildirib ki, COP29 tədbirləri çərçivəsində daha diqqətli olmalıyıq. Çünki ölkəmizə dünyanın bir çox yerlərindən insanlar axın edəcək: “Heç kim evindən çölə çıxmayacaq. Eynən koronavirus infeksiyasında olduğu kimi. Dərslər də, işlər də hamısı onlayn olacaq. Təxminən 12-15 gün iş olmayacaq. Karantin rejimi olacaq. Bu həm də qabaqcıl tədbirdir ki, yoluxmanın qarşısı alınacaq”.

Zelenski Şoltsla görüşdü

Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə kansler sosial media hesabında paylaşım edib. “Biz Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyik”, - o yazıb. Qeyd edək ki, Zelenski Almaniyada Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 24-cü iclasında iştirak edir.

İsti yaydan sonra dəhşətli soyuqlar gəlir? - Vacib məlumat

Araşdırmalar bu il dünyada ən isti yay fəslinin olduğunu ortaya çıxarıb. Adətən, insanlar yay qızmar keçəndə, qışın da sərt olacağını iddia edir. Bəs bu iddialarda doğruluq payı varmı? Qış fəslində hava şəraitinin necə olacağı haqqında ilkin məlumatlar nə deyir? Meteoroloq Cavid Hüseynov bu barədə “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, deyilənlər reallığı əks etdirmir: “Mövcud praktikada yay fəslinin isti və ya sərin keçməsinə əsaslanaraq qışın necə keçəcəyini proqnozlaşdırma metodikası yoxdur. Bu yanaşma çox yanlışdır. Mövsümü proqnozlar riyazi (dinamik və statistik) modellər, həmçinin iqlim xüsusiyyətləri əsasında tərtib olunur”.  Meteoroloq qış aylarında bizi hansı hava şəraitinin gözlədiyi barədə də məlumat verib: “Ölkəmizdə qış fəslinin nisbətən mülayim, bəzi günlərdə isə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur. Qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən yanvar və fevral aylarında bölgəmiz tez-tez Arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi, yağıntıların isə əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur”.

Gömrük Komitəsinin vəzifəli şəxsi həbs edildi

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun böyük inspektoru Nəsibov Tural Yurik oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin istintaqı tamamlanıb.  Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, ibtidai istintaqla Tural Nəsibovun qeyd olunan vəzifədə işləyərkən tanışları Ramazanov Tehran Xəlil oğlu və Babayev Cavid Şəmistan oğlu ilə qabaqcadan əlbir olaraq dövlət qeydiyyatından keçirilməyən külli miqdarda dərman vasitələrini, habelə külli miqdarda aksiz markası ilə idxal olunmalı malları bəyan etməyərək qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.  Toplanmış sübutlar əsasında Tural Nəsibov, Tehran Ramazanov və Cavid Babayevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.  azal vakansiya İş üzrə Tehran Ramazanov barəsində polisin nəzarəti altına vermə, Tural Nəsibov və Cavid Babayev barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Ötən tədris mövsümünün sonundan etibarən qalmaqallı xəbərlərlə gündəmə gələn 25 saylı 11 illik musiqi məktəbində daha bir hadisə yaşanıb.  Əldə etdiyimiz məlumata görə, bu gün səhər saatlarında məktəbin yeni təyin edilmiş direktoru ilə pedaqoji heyət arasında növbəti dəfə qalmaqal yaranıb.  Bildirilir ki, müəllimlərdən birinin ürəyi gedib və musiqi məktəbinə təcili tibbi yardım çağırılıb.  vakansiyalar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Bakupost.az -a verilən məlumata görə, 06.09.2024-cü il tarixində saat 11:00 radələrində 25 nömrəli musiqi məktəbindən quruma çağırış daxil olub:  "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və 61 yaşlı şəxsə (qadın cinsli) təzyiq ilə əlaqədar yerində yardım göstərilib".  Məktəblə əlasə saxlasaq da telefonlara cavab verən olmadı.  Qeyd edək ki, may ayında da sözügedən musiqi məktəbində direktor Becan Hüseynovla qadın müəllimlərdən biri arasında yaranan mübahisədən sonra pedaqoqun üstünə təcili tibbi yardım çağırılmışdı.