İranda rejim qüvvələri öldürülən etirazçıların ailələrinin evlərinə basqın ediblər.
Mülki geyimli təhlükəsizlik qüvvələri və İran İnqilab Keşikçiləri üzvləri Tehranın şərqində son etirazlarda həlak olanların ailələrinin evlərini hədəfə alıblar.
Mənbələr bildiriblər ki, qüvvələr atəş açmaq, təhqir etmək və evləri talan etmək də daxil olmaqla amansız reydlər həyata keçiriblər.
Ailələrə dəfn mərasimlərini tez və gizli şəkildə keçirmək tapşırılıb.
Məlumata görə, ölənlərin ailələrindən güllə pulunun da alınacağı bildirilir. Yəni ailələr öz ailə üzvlərinin ölümünə səbəb olan güllənin pulunu da dövlətə ödəməlidirlər
Qeyd edək ki, İranda bu qayda Pəhləvi dönəmindən icradadır.
