ABŞ-ın tələbi ilə BMT Təhlükəsizlik Şurasının İrandakı vəziyyətlə bağlı təcili iclası bu gün - yanvarın 15-də keçirilə bilər.
Sozcu.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasındakı mənbə TASS-a bildirib.
Yanvar ayında Təhlükəsizlik Şurasına sədrlik edən Somali Federal Respublikasının Daimi Nümayəndəliyi iclasın Vaşinqtonun tələbi ilə təsdiq edilib-edilməməsi ilə bağlı suala cavab verməyib.
