Ukraynanın yeni müdafiə naziri təsdiqləndi

Ukrayna Ali Radası ikinci cəhddə Mixaylo Fedorovu müdafiə naziri təyin edib.

Sozcu.az xəbər verir ki, parlamentin 277 üzvü təyinatın lehinə səs verib, minimum tələb olunan say isə 266 nəfər olub. Bir gün əvvəl parlament üzvləri Fedorovun təyinatını rədd etmişdilər.

Fedorov 2019-cu ildən bəri Rəqəmsal Transformasiya Nazirliyinə rəhbərlik edirdi. O, bir gün əvvəl Baş nazirin birinci müavini və Rəqəmsal Transformasiya naziri vəzifələrindən azad edilib. Yanvarın əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski Fedorovun Müdafiə Nazirliyinə keçirilməsini və hərbi nazirliyə rəhbərlik edən Denis Şmıqalın Baş nazirin birinci müavini və Energetika naziri olmasını təklif edib.

Share on Facebook