Qapımızı açanlar ancaq bizim kimi kasıblar, şəhid anaları, qazilər, əlillər, qohum-əqrəbamızdır...”- Əsirlikdə olan Hüseyn Axundovun anası

“Oğlum Hüseynin gəlişini səbirsizliklə gözləyirəm. Allah bizə səbir versin ki, övladlarımız əsirlikdən qayıdana qədər dözə bilək. Cənab Prezidentimiz İlham Əliyevdən, Mehriban xanım Əliyevadan övladlarımızı Vətənə qaytarmaqda kömək olmalarını xahiş edirik. Cənab İlham Əliyevə Prezident kimi yox, bir qardaşsız bacı kimi qardaşıma müraciət edirəm. Azərbaycan qadını kimi qardaşım İlham Əliyevdən xahiş edirəm ki, Hüseynlə Aqşini əzazil düşmənin, şərəfsiz ermənilərin əlində qoymasınlar. Biz bilmirik ki, hazırda uşaqlarımızla Ermənistanda necə rəftar edirlər, onları necə incidirlər. Acdırlar, toxdurlar, susuzdurlar, haraları yaralıdır? Onların yarası bizim ürəyimizin yarasıdır. Ombudsman Səbinə xanımdan məkutubumuza cavab gəlib. Aqşinin anası Dürdanə xanımla birgə uşaqlarımızın geri qaytarılmaları ilə bağlı müraciət etmişdik. Cavab gəlib ki, bu məsələ ilə məşğuldurlar. Hüseyn əsir düşdüyü gün bələdiyyə nümayəndəsi Mustafa müəllim bizə gəldi, yanında Abşeron Rayon İcra Hakimiyyətinin bir nəfər əməkdaşı da var idi. Qapıdan “Allah köməyiniz olsun” deyib, gediblər. Abşeronun icra başçısı mənə zəng edib deyib ki, gəlib sizə baş çəkəcəyik. İndiyə qədər yoxdur. Qapımızı açanlar ancaq bizim kimi kasıblar, şəhid anaları, qazilər, əlillər, qohum-əqrəbamızdır...” Bu sözləri Pravda.az-a müsahibəsində Ermənistanda əsirlikdə olan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova deyib. O bildirib ki, Hüseynin döyülməsi ilə bağlı videoları gördüyü gündən bəri nə səbri, nə də yaşamağa həvəsi qalıb: “Onun döyülmə anını unuda bilmirəm, hər yerdə tez-tez qabağıma çıxır. Oğlumun çəkdiyi işgəncələri hiss edirəm. Bircə dua edirəm ki, yaşayım, balamın üzünü görüm, başqa heç nə. Sonuncu dəfə aprelin 4-ü danışmışıq. O, mənə həmişə “eşqim” deyirdi, hal-əhval tutdu. Dedi ki, ərizə verib MAXE olacağam. Bütün qonşular, müəllimlər şahiddir, Hüseyn əsgər gedəndə hamı ilə görüşüb demişdi ki, əsgərlikdən qayıtmayacağam, MAXE olacağam. Biz çox kasıb ailə olduğumuz üçün oğlum hərbidə qalıb işləmək istəyirdi. Deyirdi ki, yaxşı maaşım olsun, səni də yanıma aparacağam. Aprelin 7-də xəbər çıxdı ki, oğlum itkin düşüb. Hüseyndən məktub aldıq. Onun əl yazısını əzbər bilmirəm. Amma qızlarım, böyük oğlum da etiraz edirlər ki, bu, Hüseynin xətti deyil. Bizi çaşdıran yalnız bu söz oldu: “salam, ana, mənəm, Hüsü..." Biz ona “Hüsü” deyə müraciət edirik. Yəqin ki, kiməsə deyib onun yerinə yazıblar. Mən xəstə idim. Yazdığımız cavab məktubunu böyük oğlum apardı. Məktubda yazmışdı ki, “qardaş, mənəm, anam da yanımdadır, səni çox istəyirik, bütün Vətən səninlə Aqşinin yolunu gözləyir, hamı sizin üçün dualar edir, sağ salamat gəl...” Məktubun sonunda oğlum gülüş işarəsi qoydu ki, heç olmasa Hüseynin ürəyi bir az açılsın. Amma məktubumuza hələ də cavab gəlməyib. Allahın izni ilə məktuba cavab gəlməmiş, özü geri gələr. Ermənistan əsgərləri Azərbaycana əsir düşəndə televiziya kanallarımız susmur, onları çəkib tez-tez göstərirlər, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə danışıqlar olur, dövlətimiz erməni əsirləri geri qaytarır. Cənab Prezidentimiz ürəyinin genişliyini göstərir, bütün əsirləri qaytarır... Bəs Ermənistan alçaqları niyə uşaqlarımızı qaytarmır? Hüseyn müharibə üçün, nə də kimisə öldürmək niyyəti ilə Ermənistan tərəfə keçməyib. Amma uşağıma nə qədər şər atırlar. Guya övladım kimisə öldürüb, terror edib. 13 ayın əsgəri gedib orada nə manevrlər edə bilər axı? Yazırlar ki, Axundov Hüseyn cinayət törədib. Uşaqlarımıza böhtan atırlar. Sistem köçürməklə məni ayaqda saxlayırlar. Yeyib-içmirəm. Bir ayın içində elə vəziyyətə düşmüşəm ki, görənlər məni tanımır. Balam orada acdır, necə mən burada ürəklə yemək yeyim? Artıq sistem köçürməkdən damarlarım dözmür. Ciyərim xəstədir, başımda şiş var, onkoloji xəstəyəm. Onsuz da nə qədər ömrüm qalıb, bilinmir. Balamın üzünü görmək istəyirəm”.

Arif Hacılı İlham Əliyevin çıxışına cavab verdi

İlham Əliyevin bugünkü çıxışında səslənən bəzi fikirlərin aydınlaşdırması, tarixi faktlarla düzəliş edilməsi bu hadisələrdən xəbərsiz olanları məlumatlandırmaq baxımından çox vacibdir.  Azərbaycanın ən çox əraziləri (6 rayon) H. Əliyevin hakimiyyəti dövründə işğal edilib.  Ən çox sayda hərbi qulluqçumuz da həmin dövrdə şəhid olub.  Elçibəy hakimiyyəti dövründə Ermənistana yanacaq satılmayıb.  Əgər satılıbsa bu indi müxalifət liderləri sırasında olan şəxsər tərəfində edilməyib. Bu mümkünsüz idi, çünki bizim yanacaq sektoruna müdaxilə imkanımız olmayıb.  Yanacaq sektoru ilə əlaqəsi olanlar H. Əliyevin hakimiyyətə gəlməsində ən mühüm rol oynayan və ya sonralar birbaşa ya da dolayısı ilə indiki hakimiyyətin yanında olan şəxslər idi.  İlham Əliyevin o dövrdə Ermənistana yanacaq satılması barədə faktı varsa hökmən açıqlasın.  Bu cinayətin kim(lər)in tərəfindən törədilməsi, bu yolla əldə edilmiş vəsaitlərin hansı məqsədlərlə xərclənməsi barədə cəmiyyətin məlumatlandırılmasında ən maraqlı olan tərəf bizik. Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Bu ayın ən təhlükəli günləri hansılardır?

Maqnit qasırğası nədir? Sozcu.az bildirir ki, maqnit fırtınaları maqnitosferin kəskin təsirlərə və günəş küləyinin təzyiqinə reaksiyasıdır. Günəş alovları səbəbindən Yerin maqnit qalxanı titrəməyə və dalğalanmağa başlayır ki, bu da Yerin bütün sahəsinə və müvafiq olaraq insanlara təsir göstərir. Bu dalğalar bir neçə saatdan bir neçə günə qədər davam edir və onların intensivliyi rifahımıza və əhvalımıza birbaşa təsir göstərir. 2023-cü ilin may ayında bir güclü maqnit qasırğası və bir neçə zəif və orta gücdə dalğa gözlənilir. 23-25 ​​may - orta intensivlikli maqnit qasırğası 28 May - güclü maqnit qasırğası.

Ağdamda orta məktəbdə yanğın olub

Ağdam rayonunun Ayaq Qərvənd kəndində ümumi sahəsi 930 m² olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 32 m² olan sinif otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Sozcu.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Bu, mənim günahım deyil" - Qvardiola

“Toni Kroos bizi müdafiədə istədiyimizdən daha çox işləməyə məcbur etdi. Bu gün mərkəz yarımmüdafiəçisi oynamasaydı, daha az müdafiə olunardıq. Cavab qarşılaşmasını səbirsizliklə gözləyirik". Sozcu.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında səfərdə "Real"la heç-heçə etdikləri oyunu (1:1) şərh edərkən deyib. "Püşkatmadan məmnunam. Bu matça mütləq yenidən baxacağıq. Düşünürəm ki, daha aqressiv oynayıb, daha çox qol vura bilərik. Cavab oyunu üçün bir neçə fikrim var. Amma əvvəlcə bu qarşılaşmaya yenidən baxmaq lazımdır” - deyə o bildirib Mütəxəssis sözügedən görüşdə niyə heç bir əvəzetmədən istifadə etmədiyi ilə bağlı söyləyib: "Meydanda olan bütün oyunçular yaxşı idi. Bernardo və Qriliş topu saxlamağı bilirlər, mənə lazım olan budur. “Real"ın əks-hücumlarına mane olmalı idik. Çünki əks-hücumlarda rəqib  bizdən daha yaxşı çıxış edir. Buna görə də yavaşlamalı idik". Qvardiola jurnalistin "Hər kəs "Real"ı darmadağın edəcəyini düşünürdü" fikrinə belə münasibət bildirib: "Bunu deyən kimdir! Kimə qarşı oynadığımızı bilirsiniz! Çempionlar Liqasında neçə kubok qazanıblar. İnsanların 6:0 hesablı qələbə qazanacağımızı düşünməyi mənim günahım deyil".

Tramp təqsirli bilindi - 5 milyon dollar ödəməlidir

ABŞ məhkəməsi keçmiş Prezident Donald Trampı jurnalist Ceyn Kerrolla təcavüz etməyə cəhddə təqsirli bilib. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, habelə Trampın köşə yazarına böhtan atdığı da məlum olub. 2024-cü ildə yenidən prezident seçilmək istəyən Tramp zərərçəkmişə 2 milyon dollar, habelə böhtan və köşə yazarının nüfuzuna vurulan zərərə görə əlavə 3 milyon dollar təzminat ödəyəcək. Qeyd edək ki, C. Kerroll Trampın 1996-cı ildə Nyu-Yorkdakı “Bergdorf Goodman” adlı mağazanın soyunub-geyinmə otağında ona cinsi təcavüz etdiyini bildirib. Tramp isə “o qadın mənim tipim deyil” deyərək ittihamları rədd edib.

Bakıda toyda ər arvadına 8 bıçaq zərbəsi vurub

Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəminində dava düşüb. Hadisə “Təbrik” restoranında qeydə alınıb. Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib. Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşları araşdırma aparır (APA).

Keçmiş polis sevdiyi qıza görə özünü öldürdü

Ağdaş rayonunda keçmiş polis əməkdaşı intihar edib. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Qəbələ rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində çalışmış və bir müddət əvvəl səhhəti ilə bağlı daxili işlər orqanlarından xaric edilmiş 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək canına qəsd edib. İlkin ehtimala görə, o, sevdiyi qıza görə həyatına son qoyub. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Ceyhun Bayramov: Vaşinqton danışıqlarında biz bir addım irəli getdik

Vaşinqton danışıqlarında biz bir addım irəli getdik. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib. "ABŞ-da sülh müqaviləsi ətrafında danışıqlar aparılıb. Sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən irəli sürülüb. Hələ 2021-ci ildə Prezident İlham Əliyev bunu ilk dəfə səsləndirib. Ötən ilin fevral ayında 5 baza prinsipini irəli sürüb və nəhayət 2022-ci ilin oktyabr ayında Cenevrədə ilk dəfə sülh müqaviləsi üzrə danışıqlara başlanıb. Həmin danışıqlarda Azərbaycanın yekun təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılıb. Daha sonra noyabr ayında Vaşinqtonda görüş keçirilib. Dekabrda Moskvada görüşün keçirilməsi planlaşdırılıb. Üçüncü görüşdən Ermənistan tərəfi imtina etmişdi, müxtəlif səbəblər gətirərək boykot etdi. Onlar Laçın yolu ətrafındakı məsələsini bəhanə etmişdilər. Beləliklə 6 aya yaxın elə görüşlər keçirilmədi", - XİN rəhbəri qeyd edib. Nazir bildirib ki, ABŞ vasitəçiliyi ilə Ermənistan yenidən danışıqlar masasına qayıtdı: "Bizim Vaşinqtonda 4 gün ərzində sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz oldu. Orada bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edir. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik. Biz bu prosesə realist yanaşmalıyıq. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasI əlbəttə ki yaxşı olardı. Biz bunu arzulayardıq, lakin biz buna hələ ki hazır deyilik. Azərbaycan sülh prosesinə sadiqliyini daim nümayiş etdirir”, - o deyib.

Birinci siniflərə şagird qəbulu başlayır

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.  Elm və Təhsil Nazirliyindən Sozcu.az-a bildirilib ki, qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Belə ki, mayın 11-i saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı, mayın 15-i saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.  Mayın 15-i saat 11:00-dan mayın 31-i saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-i saat 11:00-dan iyunun 27-si saat 18:00-a qədər həyata keçiriləcək.  Qeyd edək ki, qəbul prosesi ilə bağlı digər mərhələlər barədə məlumat veriləcək. 

441-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 441-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 196 310 hərbçi, 3736 ədəd tank, 7275 ədəd zirehli döyüş maşını, 3039 ədəd artilleriya sistemi, 555 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 308 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5974 ədəd avtomobil texnikası, 2624 ədəd PUA, 970 qanadlı raket, 18 gəmi/qayıq, 389 xüsusi avadanlıq itirib.

BMT-dən İranla bağlı dəhşətli statistika

Mayın 9-da BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İranda son beş ayda 209 nəfərin edam edildiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk açıqlama yayıb. Volkerin sözlərinə görə, 2023-cü ildə İranda hər həftə orta hesabla 10 nəfər edam edilir. “Bu statistika dəhşətlidir. İran edamları dayandırmalıdır”, -Türk bildirib.

Pentaqon təsdiq etdi: Ukrayna “Xəncər”i vurub!

Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edərək Rusiyanın “Xəncər” hipersəs raketinin qarşısını alıb. Sozcu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. “Ukraynanın “Patriot” müdafiə sistemindən istifadə edərək Rusiyanın “Xəncər” raketini vurduğunu təsdiq edə bilərəm”, - Rayder deyib. Qeyd edək ki, 5 mayda Ukrayna ilk dəfə “Xəncər” raketini vurub.

Sabunçuda binada partlayış olub, ölən və yaralananlar var

01:29 Bakı şəhərinin Sabunçu rayonunda binada partlayış olub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə nəticəsində Orxan adlı şəxs ölüb, bir neçə nəfər isə yaralanıb. *** Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində İvan Anaşkin küçəsində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada partlayış nəticəsində ölən və yaralananların kimliyi bəlli olub. Məlumata görə, Rüstəmli Orxan Aslan oğlu hadisə nəticəsində həlak olub. 1984-cü il təvəllüdlü Nuriyeva Gülnarə Şahmar qızı və 2010-cu il təvəllüdlü Ağayev K.İ. müxtəlif dərəcəli xəsarətlər alıb.

Ukrayna hərbçiləri Baxmutda 3 km² ərazini işğaldan azad ediblər

Ukrayna hərbçiləri şiddətli döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhərində 3 km² ərazini işğaldan azad ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Azov” alayının qurucusu Andriy Biletski teleqramda bildirib. Biletski Baxmut yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının 6-cı və 8-ci rotalarının darmadağınını təsdiqləyib. O həmçinin qeyd edib ki, “Vaqner” özəl hərbi şirkətinin 3-cü hücum dəstəsi cəbhənin yarılmasının qarşısını alarkən xeyli itki verib.

"Sülhməramlılar"dan Azərbaycana qarşı TƏXRİBATÇI ADDIM - Xocalıda parad təşkil etdilər - Fotolar

Sülhməramlılar Xocalı hava limanında parad təşkil ediblər. Sozcu.az xəbər verir ki, Rusiya sülhməramlılarının komandanı Lentsov Xocalıda Qələbə günü münasibətilə parad təşkil edib. Lentsovun yanında uydurma “Dağlıq Qarabağın rus icması”nın rəhbəri Aleksandr Bordov dayanıb. O, Xocalı faciəsinin ildönümündə Maslenitsa bayramını xüsusi qeyd etmişdi. Rusiya sülhməramlıları Azərbaycanla münasibətləri korlamaq üçün hər şey edirlər.konkret)

Ohanyan SƏRSƏMLƏDİ: "Şuşanı "azad etmək" olar"

“Şuşanı “azad etmək” olar”.  Sozcu.az xəbər verir ki, bunu Yerablurda jurnalistlərlə söhbətində “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. “Biz Yerabulurdayıq. Biz indi burada tamam başqa vəziyyətdəyik və kədərlə bu bayramı qeyd edirik. Çünki 2020-ci il müharibəsindən sonra Şuşa getdi, Hadrut getdi, Qarabağın bir hissəsi getdi. Bu gün bizim üçün məsuliyyət günü olmalıdır. Ən mühüm məqsədlərimizdən biri Ermənistanın ərazisinin tam bərpası, azərbaycanlıları ərazilərimizdən çıxarmaq olmalıdır. Qarabağın öz müqəddəratını təyin etməsi ideyasını nəzərə alaraq, işğal olunmuş əraziləri, o cümlədən Şuşanı azad etməliyik. Ancaq bundan əvvəl atılmalı olan bir sıra addımlar var. Birincisi, xalq bu ağır psixoloji vəziyyətdən çıxarılmalı, xalq ayılmalıdır”, – deyə Ohanyan sərsəmləyib.

"Bu gün rus insanına nə lazımdır? Araq və çörək... "

“Çünki bu cür paradlar ideoloji xətt üçün önəmlidir. İdeoloji xətt isə heç dəyişməyib. Keçmişdə - 100 il öncə, 150 il öncə nə olubsa, yenə də odur...” Bu gün – Ukraynanı işğal etməsi sayəsində 1 ildən çoxdur hərbi-siyasi bataqlıqda çabalamasına rəğmən Rusiyadakı Putin rejiminin Moskvada hərbi parad keçirməsi sual doğurur: növbəti illərdə də Kremlə, o cümlədən ayrıca Putinə belə parad keçirmək nəsib olacaqmı?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib: “Rusiya dövləti hər zaman parad keçirəcək. Məsələ burasındadır ki, faşizm üzərində qələbədən artıq 80 ilə yaxın vaxt – 78 il keçir.Və Rusiyada bunu hələ də bayram edirlər. Halbuki, dünyada artıq bu şey unudulub gedib, insanlar, ölkələr daha çox gələcəyə baxır. Rusiya cəmiyyətini isə zorla məcbur edirlər ki, keçmişdə qalsın. Çünki onu idarə edənlərin marağında deyil ki, Rusiya irəli getsin, müasir texnoloji dünyaya qovuşsun və onun bir parçası olsun. O halda idarəetmə sistemi də, hüquq sistemi də, siyasi sistem də, yəni hər şey dəyişməlidir. Və o halda imperiya ambisiyalarını reallaşdırmaq üçün tamamilə fərqli meyarlar lazım olacaq: iqtisadi güc, elmi güc, texnoloji güc... Bu şeylərin isə yaxın zamanda olması mümkün deyil. Ona görə ki, məhz Putinin həmin çekist komandasının son 20-25 ildə yürütdüyü siyasət Rusiyanı o imkanlardan məhrum edib. İndi Rusiya təxminən XIX əsrin çarlarının dövrünü xatırladır. Bu gün rus insanına nə lazımdır? Araq və çörək... Kreml, Putin hökuməti həmin siyasəti yürüdür. Amma orada bir detal da var: “böyük Rusiya”, “qalib Rusiya”... Və təbii ki, bunların ayrılmaz atributları olan hərbi qələbə... Hamımız yaxşı bilirik ki, həmin qələbə də əsasən Sovet İttifaqının hesabına əldə olunub... Lakin orada başqa ölkələr də iştirak edib. Və yalnız Rusiyanın deyil, bütün keçmiş sovet xalqlarının canı-qanı hesabına baş tutub. Ancaq Rusiya onu yalnız özününkü hesab  edərək  bu gün də simvol kimi yararlanmaqda davam edir. Ona görə də Putin oldu-olmadı, belə paradlar hər zaman keçiriləcək Rusiyada... O Rusiyadakı belə paradlar ideoloji xətt üçün önəmlidir. İdeoloji xətt isə heç dəyişməyib. Keçmişdə - 100 il öncə, 150 il öncə nə olubsa, yenə də odur” -deyə analitik vurğulayıb.

Məktəbdən qayıdan yeddi yaşlı qızın bütün bədəni yandı: Ailə artıq su almağa belə pul tapmır - FOTO

2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb. Bu barədə onun anası Şəfa Abdullayeva məlumat verib. O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra isinmək üçün çay qoymaq istəyib: “Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdiriblər. 23 apreldən reanimasiyada yatır. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Bu günə qədər onun müalicəsini aparmaq üçün borc almadığımız qapı qalmayıb. Artıq heç yerdən pul tapa bilmirik. Su almaq üçün belə, maddi durumumuz yoxdur. Qızımın sağalması üçün 3 000 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm”. Əlaqə nömrəsi: 077-310-54-57 (anası Abdullayeva Şəfa). (oxu.az)

Türkiyədəki seçkilərlə əlaqədar xarici nümayəndəliklərdə səsvermə bu gün başa çatır

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar xaricdə səs verən seçicilərin sayı 1 milyon 751 min 365 nəfər olub. Xarici nümayəndəliklərdə səsvermə prosedurları bu gün başa çatır. Gömrükdə isə 14 may saat 17.00-a qədər davam edəcək. Ali Seçki Qurumundan (YSK) əldə edilən məlumata görə, bu il xaricdə 3 milyon 416 min 98 türk seçicinin qeydiyyatda olduğu 73 ölkədə seçki qutuları qurulub. Aprelin 27-də başlayan səsvermə prosesi 67 ölkədə yekunlaşıb. Səslər YSK-nın müəyyən etdiyi üsullarla təhlükəsizlik vəziyyətdə diplomatik kuryerlər vasitəsilə Türkiyəyə aparılacaq.

Bakıda xəstəxanadan çıxan şəxs itkin düşüb

Bakıda xəstəxanadan çıxan şəxs itkin düşüb. Hadisə mayın 8-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Rusiya Federasiyası vətəndaşı İsmayılov Firudin Əlibala oğlu saat 17 radələrində müalicə aldığı “Ağciyər Xəstəlikləri” İnstitutundan çıxıb naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna SQ-nin Baş Qərargahı: "Rusiyanın itkiləri 195 min nəfəri keçib"

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 195 620 hərbçisi məhv edilib. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı yayıb. Bildirilib ki, son sutka ərzində 650 Rusiya hərbçisi zərərsizləşdirilib. Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 7234 tank, 7 258 zirehli maşın, 2 618 operativ-taktiki PUA, 3 031 artilleriya sistemi, 307 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 969 avtomobil və tanker, 955 qanadlı raket, 18 gəmi və kater, 388 xüsusi texnikadan ibarətdir. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ermənistan TŞ: XİN rəhbərlərinin Moskva görüşü ABŞ-dakı danışıqların davamı olacaq

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskva görüşü ABŞ-dakı danışıqların davamı olacaq. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında bildirilib.

London Kiyevə uzaqmənzilli raketlər göndərəcək

Böyük Britaniya Kiyevə uzaqmənzilli raketlər göndərməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Nəşr Britaniya rəsmisinə istinadən yazır ki, hələlik yekun qərar yoxdur: "Amma ehtimal var ki, Böyük Britaniyanın Ukraynaya vermək istədiyi texnika “Storm Shadow” havadan buraxılan qanadlı raketlərdir". Qeyd olunur ki, Ukrayna uzun müddətdir ki, Qərb ölkələrindən daha uzun mənzilli raketlər istəyir və belə silahların müharibənin gedişatını dəyişdirə biləcəyini, Ukrayna qüvvələrinə Krımın dərinliklərində yerləşən Rusiya komandanlıq mərkəzlərini, təchizat xətlərini, sursat və yanacaq anbarlarını vurmağa imkan verdiyini iddia edir.