Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəminində dava düşüb.
Hadisə “Təbrik” restoranında qeydə alınıb.
Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib.
Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub.
Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşları araşdırma aparır (APA).