Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar xaricdə səs verən seçicilərin sayı 1 milyon 751 min 365 nəfər olub.
Xarici nümayəndəliklərdə səsvermə prosedurları bu gün başa çatır. Gömrükdə isə 14 may saat 17.00-a qədər davam edəcək.
Ali Seçki Qurumundan (YSK) əldə edilən məlumata görə, bu il xaricdə 3 milyon 416 min 98 türk seçicinin qeydiyyatda olduğu 73 ölkədə seçki qutuları qurulub. Aprelin 27-də başlayan səsvermə prosesi 67 ölkədə yekunlaşıb.
Səslər YSK-nın müəyyən etdiyi üsullarla təhlükəsizlik vəziyyətdə diplomatik kuryerlər vasitəsilə Türkiyəyə aparılacaq.