“Şuşanı “azad etmək” olar”.
Sozcu.az xəbər verir ki, bunu Yerablurda jurnalistlərlə söhbətində “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
“Biz Yerabulurdayıq. Biz indi burada tamam başqa vəziyyətdəyik və kədərlə bu bayramı qeyd edirik. Çünki 2020-ci il müharibəsindən sonra Şuşa getdi, Hadrut getdi, Qarabağın bir hissəsi getdi. Bu gün bizim üçün məsuliyyət günü olmalıdır.
Ən mühüm məqsədlərimizdən biri Ermənistanın ərazisinin tam bərpası, azərbaycanlıları ərazilərimizdən çıxarmaq olmalıdır. Qarabağın öz müqəddəratını təyin etməsi ideyasını nəzərə alaraq, işğal olunmuş əraziləri, o cümlədən Şuşanı azad etməliyik. Ancaq bundan əvvəl atılmalı olan bir sıra addımlar var. Birincisi, xalq bu ağır psixoloji vəziyyətdən çıxarılmalı, xalq ayılmalıdır”, – deyə Ohanyan sərsəmləyib.