“Toni Kroos bizi müdafiədə istədiyimizdən daha çox işləməyə məcbur etdi. Bu gün mərkəz yarımmüdafiəçisi oynamasaydı, daha az müdafiə olunardıq. Cavab qarşılaşmasını səbirsizliklə gözləyirik".
Sozcu.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında səfərdə "Real"la heç-heçə etdikləri oyunu (1:1) şərh edərkən deyib.
"Püşkatmadan məmnunam. Bu matça mütləq yenidən baxacağıq. Düşünürəm ki, daha aqressiv oynayıb, daha çox qol vura bilərik. Cavab oyunu üçün bir neçə fikrim var. Amma əvvəlcə bu qarşılaşmaya yenidən baxmaq lazımdır” - deyə o bildirib
Mütəxəssis sözügedən görüşdə niyə heç bir əvəzetmədən istifadə etmədiyi ilə bağlı söyləyib: "Meydanda olan bütün oyunçular yaxşı idi. Bernardo və Qriliş topu saxlamağı bilirlər, mənə lazım olan budur.
“Real"ın əks-hücumlarına mane olmalı idik. Çünki əks-hücumlarda rəqib bizdən daha yaxşı çıxış edir. Buna görə də yavaşlamalı idik".
Qvardiola jurnalistin "Hər kəs "Real"ı darmadağın edəcəyini düşünürdü" fikrinə belə münasibət bildirib: "Bunu deyən kimdir! Kimə qarşı oynadığımızı bilirsiniz! Çempionlar Liqasında neçə kubok qazanıblar. İnsanların 6:0 hesablı qələbə qazanacağımızı düşünməyi mənim günahım deyil".