"Sümüktökülən dərə" - dəhşətli qırğının şahidi və "qəbristanlığı"

1918-ci il may ayının 4-də er­mə­ni­lər giz­li yol­la Andra­ni­kin qo­şu­nu­nu Ba­sar­ke­çər əra­zi­si­nə gə­tir­miş, hə­min ge­cə er­mə­ni or­du­su qəf­lə­tən mü­səl­man­la­rın ya­şa­dıq­la­rı kəndlə­rə hü­cum et­mişdilər. Er­mə­ni­lər kəndlə­ri yan­dı­rır, ta­lan edir, dinc əha­li­ni isə iş­kən­cə­lər­lə qət­lə ye­ti­rir­miş­lər. Aşıq Nə­cəf də məhz hə­min dö­yüş­lər za­ma­nı qay­nar sa­mo­var­la yan­dı­rı­la­raq öl­dü­rül­müş­dür. O vaxtkı Kə­vər (Ka­mo), Ba­ya­zit (Se­van), Gö­zəl­də­rə, Ha­ça­lı, Yar­pız­lı, Əziz­li, Tüs­gü­lü, Yu­xa­rı Za­ğa, Aşağı Za­ğa, Kər­ki­baş, Qan­lı, Qırxbu­laq, Aşa­ğı Məz­rə, Yu­xa­rı Məz­rə, Daş­kənd, Aşa­ğı Şor­ça, Yu­xa­rı Şor­ca, Sa­rı­ya­qub, Qa­ya­ba­şı, Zər­kənd, Ağ­kil­sə, Pən­bəh, Nə­ri­man­lı, Ağ­yo­xuş, Qa­ra­qo­yun­lu, Göy­su, Ca­nəh­məd, İnək­da­ğı, Şiş­qa­ya, Se­van Şor­ca­sı, Tox­lu­ca, Zod, ümu­miy­yət­lə, otuz beş kənd Andro­ni­kin qo­şu­nu tə­rə­fin­dən baş­dan-ba­şa da­ğı­dılmış­, Ba­sar­ke­çər kən­di er­mə­ni­lə­rə qur­ban ve­ril­mişdi. Mü­səl­man əha­li o qə­dər qı­rıl­mış­dı ki, kəl­bə­cər­li­lər on­la­rı dəfn et­mə­yi çat­dı­ra bil­məmiş­di. Kəl­bə­cə­rə ya­xın olan «Dik­yurd» və «Sö­yüd­lü» yay­laq­la­rın­da­kı qır­ğın­lar da­ha dəh­şət­li ol­muş­dur. «Sü­mük­tö­kü­lən də­rə» hə­min il­lə­rin şa­hi­di ki­mi göz da­ğı­na çev­ril­miş­dir. Hə­min dö­yüş­lər­də və qır­ğın­lar­da Göy­çə ma­ha­lı özü­nün 17 min nə­fər əha­li­si­ni itir­miş­dir... Unu­dul­maz dəh­şət­dir ki, dağ­da qı­rı­lan göy­çə­li­lər­dən kim­sə xə­bər tut­ma­mış­dır. Son il­lə­rə qə­dər sü­mük­lə do­lu olan o müd­hiş də­rə «Sü­mük­tö­kü­lən də­rə» adı ilə coğ­ra­fi mə­ka­na çev­ril­miş­di. 1918-ci ilin qı­şın­da Er­mə­nis­tan iş­ğal­çı­la­rı Kəl­bə­cə­rin şi­ma­lın­da yer­lə­şən, o vaxt və elə son­ra­lar da 32 kənddə qə­dim sa­kin olan azə­ri türklə­ri­ni Kəl­bə­cər əra­zi­si­nə qov­muş, on­la­rın bü­tün var-döv­lət­lə­ri­ni ta­lan etmiş­di­lər. Hə­min ilin qı­şı gö­rün­mə­miş sərt ke­çmişdir. Onu de­mək ki­fa­yət­dir ki, ge­cə ikən şid­dət­li bo­ran və tu­fan­da 3-4 yüz ai­lə ayaq­ya­lın-ba­şı­a­çıq də­rin dağ də­rə­sin­də qa­rın al­tın­da qa­la­raq, ta­ma­mi­lə qı­rıl­mış­, sa­la­mat qa­lan­Lar isə Kəl­bə­cər ca­ma­a­tı­na sı­ğın­mış­dılar. Kəl­bə­cə­rin Er­mə­nis­tan­la həm­sər­həd ol­ma­sı za­man-za­man tor­paq­la­rı­nın er­mə­ni­lər tə­rə­fin­dən zəbt olun­ma­sı­na və ya keç­miş So­vet­lər Bir­li­yi döv­rün­də məkrli si­ya­sət nə­ti­cə­sin­də «pay» ve­ril­mə­si­nə sə­bəb olan amil­lər­dən bi­ri idi. Kəl­bə­cər əra­zi­sin­də­ki ye­ral­tı və ye­rüs­tü xə­zi­nə­yə gö­rə o, da­im öz­gə­lə­rin ta­ma­hı­na sə­bəb ol­muş­dur. Məhəmməd NƏRİMANOĞLU

Qələbənin "biznesi" - Əntiqə Rəşid yazır...

Əvvəllər Dənizkənarı Milli Parkında Hərbi Qənimətlər Parkı vardı - 2021 -ci il 12 apreldə açılışı oldu. (İndi bilmirəm var ya yoxdu... heç maraqlanmadım da, getmədim də. Varlığı-yoxluğu artıq məni maraqlandırmır).   Bilirsiniz yəqin ,Ermənistan ordusuna məxsus Rusiya istehsallı ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənirdi orda.  Məlum, o qənimətləri qanını qaşığa qoyan , canını heçə sayan Azərbaycan xalqının cəsur oğulları tarixdə görünməmiş igidlik, qəhrəmanlıqları sayəsində gətirmişdilər. Eşidəndə 30 il yanan ürəyimə su səpilmişdi! Gündə 40 dəfə deyirdim ki, Qazilərim yaralarınıza qurban olum, şəhidlərim torpağınıza , cavan , nakam canınıza, ruhunuza qurban olum...  Döyüş bölgəsindən dönəndən sonra planlaşdırırdım ki, o parka gedim, reportaj hazırlayım. Qəlbimdə qürur, gözlərimdə sevinc... Erməniləri dəli eliyən o park məni elə xoşbəxt edirdi kii...  2 gün sonra məlum oldu ki, ziyarət pulludur, biletin qiyməti də cəmi 2 manatdır. İrad bildirə bilərsiniz ki, "nə böyük puldur ki, buna danışırsan?" Bəli böyük pul deyil, amma ürəyimizdəki qüruru, gözümüzdəki sevinci qırmaq üçün kifayət edəcək məbləğdi.   Bu xalq neftə, qaza, ikraya, balığa, işığa, suya, bütün təbii sərvətlərə artıqlaması ilə pul ödəyir. Vergi də verir.   Azərbaycanın bu başından, o başına qədər hansı köşəsində bir yay günü altına döşək qoyub oturub dincəlmək istəyirsən, bir dəstə qoçu başının üstünü kəsdirir, pul istəyir... adi çəmənliyi deyirəm eee, adi çəmənlik.  Yadıma düşdü . Vətən müharibəsindən əvvəlki illər idi.Toğanada pulsuz yer tapmadıq ki, oturaq. Həyat yoldaşım qoçunun birinə dedi ki, mənim bu torpaq üçün döyüşmüşəm qanım tökülüb, 2 gün morqda qalmışam, indi şikəstəm, mənim heç haqqım çatmır ki, bu cayın kənarında ailəmlə elə o torpağın üstündə oturum? Qoçu bir az mehribancasına dedi ki, Qardaş biz də yuxarı "haqq-hesab veririk də, sən də bizi başa düş də". O quruca torpağı üstündə oturmaq üçün də o vaxt 2 manat ödədik! Dedilər, samovar istəyirsinizsə 2 manat ödəyin onu da təşkil edək((( Aydındı, bütün təbii sərvətlər hamısı sizindir, sizin olsun! Amma nolardı ki, heç olmasa, mənəvi sərvətlərimizə əl uzatmayaydınız? Şuşaya "turpaket" nədir?Oğullarını Şuşa üçün qurban vermiş, şikəstliyini qəbul etmiş Azərbaycan xalqına 2 günlük tur üçün 215 manat, 3 günlük üçün 370 manat pul qoparmaq hansı düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?   Bilmirəm kim necə düşünür, amma məncə, bu ürəyi Şuşanı görmək eşqi ilə çarpan bir azərbaycanlıya söyüşdən başqa bir şey deyil... Söyüşü qəbul edənlərə də içi özüm qarışıq ayıb olsun... Əntiqə Rəşi Sozcu.az

O da "Yarqı"ya vida edir

"Kanal D" kanalında yayımlanan "Yarqı" serialında daha bir ayrılıq yaşanacaq. Sozcu.az Axşam.az-a istinadən xəbər verir ki, ekran işinə "Mərdan" obrazına həyat verən Cezmi Baskın vida edəcək. Qeyd edək ki, bu mövsüm finalı planlaşdırılan layihədən Mehmet Yılmaz Ak da ayrılacaq. O, serialda "Pars" obrazını canlandırır.

TƏBİB: Uşaqlara təqvimə uyğun peyvəndlər vurularsa, bir çox xəstəliklərə yoluxmazlar

Azərbaycanda körpələr ilk üç peyvəndi doğum evində alır. Sozcu.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin Pediatrik xidmətlərin təşkili şöbəsinin müdiri Esmira Hacıyeva deyib. Onun sözlərinə görə, doğum evində ilk 12 saat ərzində onlara hepatit B-yə qarşı Hep B, doğumdan sonrakı 4-7 gün ərzində isə vərəmə qarşı BSG və uşaq iflicinə qarşı poliomielit peyvəndi- OPV vurulur: “Uşaq evə yazıldıqdan sonra ərazi üzrə poliklinikada qeydiyyata alınır və növbəti peyvəndlər həmin tibb müəssisəsi tərəfindən mütəmadi şəkildə həyata keçirilir”. Peyvəndləri zəncirvarı tətbiq edilməsində məqsəd uşaqların immunitet qazanması və yoluxucu xəstəliklərə yoluxmamasına nail olmaqdır. E.Hacıyeva sözlərinə görə, uşaqlara təqvimə uyğun peyvəndlər vurularsa, onlar bir çox xəstəliklərə yoluxmaz və ya hər hansı birinə yoluxarsa xəstəliyi daha yüngül keçirər: “Uşaqların pediatr və müvafiq ixtisaslı həkimin yoxlanışından sonra peyvənd olunması vacibdir. Bir sıra hallarda uşağın sağlamlıq vəziyyətində hər hansı problem aşkar olunduğu halda ona peyvənd vurulması müvəqqəti olaraq ertələnir, uşaqlara tam sağaldıqdan sonra peyvənd vurulur. Bəzi hallarda isə peyvəndlərin vurulması uşaqda buna əks göstəriş olduğu səbəbindən tövsiyə olunmur (Məsələn, uşaqda allergiya prosesinin kəskinləşməsi dövründə və ya ağır gedişli qan xəstəlikləri zamanı və s.). Uşaqlara vurulan peyvəndlərin əksəriyyəti 6 yaşa qədər tamamlanmış olur. Belə ki, bir çox peyvənd bir neçə dəfə, müxtəlif yaşlarda və kombinasiyalarda verilir. Peyvəndlər arasındakı interval ən azı bir ay olmalıdır. Peyvənd olunduqdan sonra individual hallarda körpədə inyeksiya yerində şişlik, ağrı və qızdırma kimi yanaşı təsirlərə rast gəlmək olar. Uşaqlarda hər hansı bir əks-reaksiya baş versə də, bilmək lazımdır ki, peyvəndlərin faydaları mümkün yan təsirlərdən qat-qat üstündür”.

ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Azərbaycana gəlib

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Azərbaycanda səfərdədir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Bakıya səfəri çərçivəsində Luis Bono Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir. ABŞ diplomatı həmçinin Ermənistan və Gürcüstana da səfər edəcək.

Mbappe: "Bavariya" ilə oyunda het-trik edəcəyəm"

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya qarşı keçirəcəkləri cavab matçı barədə danışıb.  Sozcu.az "Canal+"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu oyunda 3 və daha çox qol vurmaq istədiyini deyib: “202, 203 və 204-cü qollarımı "Bavariya" üçün saxlamışam. Bəli, het-trik edəcəyəm. Hətta daha çoxunu! Biz oraya növbəti mərhələyə çıxmaq üçün gedirik. Əzmkarıq, inam qazanmışıq və indi qalib gəlməliyik!” Qeyd edək ki, Mbappe artıq PSJ-də 201 qol həddinə çatıb. O, klub tarixinin bombardiri olub.   Xatırladaq ki, PSJ ilə "Bavariya" arasındakı cavab qarşılaşması martın 8-də Münhendə keçiriləcək. İlk oyun isə "Bavariya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Pakistanda polis avtomobilinə hücum olub, 9 nəfər ölüb, 15-i yaralanıb

Pakistanın Bəlucistan əyalətində polis avtomobilinə bombalı hücum nəticəsində 9 polis əməkdaşı ölüb, 15-i yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Terror hücumunun məsuliyyətin hələ ki heç bir təşkilat üzərinə götürməyib.

376-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 376-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 153 770 hərbçi, 3423 ədəd tank, 6703 ədəd zirehli döyüş maşını, 2433 ədəd artilleriya sistemi, 488 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 250 hava hücumundan müdafiə sistemi, 302 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5307 ədəd avtomobil texnikası, 2 086 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 234 xüsusi avadanlıq itirib.

İranda nə baş verir? - Təbriz, Zəncan, Urmiyədə kütləvi zəhərlənmə...

İranın bir çox şəhəri ilə eyni vaxtda İran Azərbaycanının müxtəlif şəhərlərində qız məktəblərinə zəhərləyici qazla hücum olub. Martın 5-də İran Azərbaycanının şəhərlərində məktəblərdə qız şagirdlərin zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb. İran şəhərlərində qızların təhsil mərkəzlərinə zəhərli qazla hücumlar geniş vüsət alıb. İran mediasında və sosial şəbəkələrdə yayılan xəbərlərə görə, dünən Təbriz, Zəncan, Urmiyə, Xalxal, Germi, Meşginşəhr, Marağa, Əbhar və Xürrəmdərə şəhərlərində qız şagirdlər məktəblərdə zəhərlənib.Təbrizin qız məktəblərində şagirdlərin zəhərlənməsi ilə bağlı xəbərlər dərc olunub. Dünən Şərqi Azərbaycanın təcili yardım şöbəsinin müdiri, doktor Cəfəri Ruhi 37 şagirddə zəhərlənmə əlamətlərinin müşahidə edildiyini və bunların təcili yardım maşınları ilə xəstəxanaya aparıldığnı bildirib. Onun sözlərinə görə, martın 5-də səhər saat 10:30-a kimi 37 təbrizli qız zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Urmiyənin 2-ci bölgəsinin Təhsil İdarəsinin rəhbəri həmin şəhərdə bir məslək məktəbininin 11 tələbəsi və bir əməkdaşının zəhərləndiyini bildirib. Həmçinin Urmiyədə Universitet tələbələri olan qızların yataqxanasında 29 nəfərin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir. Ərdəbil vilayətinin şəhərlərindən olan Germi şəhərinin meri də bu şəhərin qız məktəblərində zəhərlənmə baş verdiyini bildirib. O deyib ki, 3 məktəbdə şagirdlər və məktəb işçiləri boğazda yanma və halsızlıq hissi ilə qarşılaşıblar. Bu rəsminin sözlərinə görə, şəhərdə 37 şagird və 3 müəllim zəhərlənib. Zəncanda da qız məktəblərinə zəhərli qazla hücum olub. Zəncan valisinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Əbülfəzl Rəfii "İlkin araşdırmaya görə, Zəncan şəhərindəki qız liseylərindən birinin 28 şagirdi tənəffüs yollarından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildiyini" açıqlayıb. Sosial mediada bəzi xəbər kanalları Şərqi Azərbaycan vilayətinin Şəbistər və Əcəbşir şəhərlərində də zəhərlənmə xəbərləri verir, lakin İranın rəsmi xəbər saytları bununla bağlı hələ ki, məlumat dərc etməyib. Bəziləri ölkədə qız məktəblərinə və təhsil mərkəzlərinə edilən bu geniş kimyəvi hücumu "minillikçilik" ideyalara inanan ekstremist qruplaşmalarla əlaqələndirirlər. İran İslam Respublikası prezidenti İbrahim Rəisi cümə günü ölkədə yüzlərlə məktəbli qızın zəhərlənməsində "düşmənlərin" işi olduğunu kəşfiyyat və daxili işlər nazirinə bu məsələni araşdırmaq üçün tapşırıq etdiyini açıqlamışdı. Lakin ölkə miqyasında əməliyyatlar apara bilən xarici qüvvənin məktəbli qızları zəhərləməkdə məqsədi aydın deyil. Həmçinin İran parlamentarilərindən birinin dediyinə görə, məktəblərdə N2 qazı aşkarlanıb. Məsih Deneşvari Xəstəxanasının Reanimasiya şöbəsinin mütəxəssisi Məhəmməd Rza Haşimiyan "Hammihan" qəzetinə müsahibəsində "tələbələri zəhərləmək üçün istifadə edilən qazların bir neçə qazın və kimyəvi maddəninbirləşməsindən düzəldilib və adi insanların onları əldə etməsi mümkün deyil -deyə, bildirib.

Təzyiq xəstələri gündə neçə fincan qəhvə içə bilər?

Qəhvə hazırda insanların təzyiqindən asılı olmayaraq, gündəlik sevimli içkisinə çevrilib. Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, Toronto universitetinin alimləri qəhvənin təzyiqə təsirini araşdırıb. Onlar 18-45 yaş arası 1128 nəfər üzərində tədqiqat aparıb. 16 il sürən araşdırmada onların içdiyi qəhvə miqdarı və sağlamlıq göstəriciləri qeydə alınıb. Məlum olub ki, gəncliyindən qəhvə sevənlərin böyrəklərində kələfli hiperfiltrasiya əmələ gəlir, yəni böyrəklər həddən artıq çox sidik hasil edir. Bu isə diabetik nefropatiyaya səbəb ola bilər. Eləcə də təzyiqi yüksək insanlar gündə 3 fincandan artıq qəhvə içdikdə, böyrəklərin disfunksiyası problemi normal təzyiqi olanlardan 2 dəfə çox artır. Onlarda 2,5 dəfə çox hiperfiltrasiya, 2,7 dəfə çox albuminuriya olur. Belə ki, sidikdə zülal miqdarı çoxalır. Əgər sizdə təzyiq yüksəlməyə meyillidirsə, gündə 1-2 fincandan artıq qəhvə içməyin. Alimlər bu içkidən tam imtina etməyi tövsiyə etmir, çünki insult və infarkt riskini azaldır.

Tanınmış vəkil icra başçısına səsləndi: “Sən çardaq sökənsən?”

“Balakən Rayon İcra Başçısı indi də insanları qeyri-prosessual münasibətlərə cəlb etmək üçün camaatın həyətyanı sahəsində tikdiyi və xüsusilə də yayın istisində həyatlarının çox hissəsini keçirdiyi  çardaqları (naves) sökməklə hədələyir. Gah kanalizasiya xəttini bəhanə edir, gah da ölkə başçısının göstərişi olduğunu deyir. Bu adam çoxdan həbs olunmalı adamdır. Bir çox boş torpaq sahələri onun tərəfindən zəbt edilib. İnsanları canından bezdirərək üsyana sürükləyir...” Sozcu.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aqil Layıc bildirib. “Bu adam barəsində ölçü niyə götürülmür?! Adama sual verirəm sən çardaq sökənsən? Sənə məhkəmə aktı olmadan bu səlahiyyəti kim verir? Sənin Əsasnaməndə belə bir səlahiyyət varmı? Aiddiyyatı qurumların diqqətinə çatdıraraq xahiş edirəm ki, gözdən uzaq bu rayonun icra başçısı haqqında ölçü götürəsiniz”, - o qeyd edib.

Şəhid baş leytenant Kamran Hüseynov dəfn edilib

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn edilib. Şəhid doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb. Qeyd edək ki, 1995-ci ildə Neftçala rayonunda anadan olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub.

Ələt-Astara avtomobil yolunda qəza olub, ölən var

Ələt-Astara magistral avtomobil yolunda avtomobil aşıb. Hadisə yolun 101-ci km-də qeydə alınıb. Qəza nəticəsində, Füzuli rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Kənan Elşad oğlu ölüb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Siyəzəndə avtomobil piyadanı vuraraq öldürüb

Siyəzən rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Hadisə Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonunun Beşdam kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı yük avtomobili yolu keçmək istəyən piyada, Qobustan rayon sakini, 1967-cil təvəllüdlü Adil Azad oğlu Səftərovu vurub. Piyada hadisə yerindəcə keçinib. Qəzanın səbəbləri araşdırılır.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 85,06 dollara, yüngül neftin bir barreli isə 78,92 dollara təklif olunur.

Kürdəmirdə bacılar dəm qazından öldü

Kürdəmir rayonunda bacılar dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə martın 5-də rayonun Karrar kəndində qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Səma Elton qızı Qasımzadə və 2014-cü il təvəllüdlü Fəridə Elton qızı Qasımzadənin yaşadıqları evin həyətində yerləşən hamamda dəm qazından boğularaq keçiniblər. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Bingöl vilayətinin Solhan rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, məlumatı AFAD yayıb. Zəlzələ yerin 13,29 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat qeydə alınmayıb.

Kəsdiyi ağac üzərinə düşdü, öldü

Şəkidə 29 yaşlı şəxsin üzərinə ağac aşaraq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cumakənd kəndi ərazisində qeydə alınıb. Belə ki, Aşağı Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Balacayev işlədiyi evin həyətində ağac kəsərkən üzərinə aşıb. Nəticədə o, aldığı xəsarətlərdən keçinib. Faktla bağlı araşdırma aparılır.

Erməni separatçıları Şuşanı atəşə tutdu

Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Prezident Marton Nadı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ən çətin döyüşlər gedir - Zelenski

Ukrayna ordusu hazırda Donetsk və Luqanskda ən çətin döyüşlərini aparır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, - V.Zelenski qeyd edib.

Minaya düşərək şəhid olan hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, hərbi qulluqçumuz Kamran Hüseynov martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Sozcu.az şəhid olan hərbi qulluqçumuzun şəklini təqdim edir.

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 68 il ötür

Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Sozcu.az-ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib, 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski və digərləri ilə birlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra İ. Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, o, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək xaricə üz tutub. Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib. 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb. 29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. 22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili “Cümhuriyyət ili” elan edilib.

Moskvada zavodda güclü yanğın - Video

"Moskva Koks və Qaz Zavodu"nda yanğın başlayıb. Zavod vilayətin Vidnoye rayonunda yerləşir. Sozcu.az xəbər verir ki, bu haqda TASS agentliyi məlumat yayıb. Məlumatda yanğının zavodun sexlərində baş verən partlayış nəticəsində meydana gəldiyi bildirilir. Yanğın 200 kvadrat metr ərazini əhatə edir. Ukrayna Teleqram kanallarında isə zavodun Qərbin sanksiyalar siyahısında olduğu qeyd olunub.