İrəvanda Rusiya “5-ci kalon” və agentura şəbəkəsinin onun istefası tələbi ilə itaətsizlik mitinqləri təşkil etdiyi bir vaxtda Ermənistan Baş naziri Nikol Paşinyan Armavir vilayətinə səfər edib. Səfər zamanı o, Qay kəndində plansız, yolüstü dayanıb.
Sozcu.az xəbər verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb.
Sakinlər hökumətin həyata keçirdiyi subsidiya proqramları nəticəsində görülən işlərə görə minnətdarlıqlarını bildiriblər.
“Biz sizi bəyənirik və dəstəkləyirik, əziz Paşinyan. Möhkəm olun”, - deyə Qaya sakinləri baş naziri yola salarkən bildiriblər.moderator)