Kürdəmir rayonunda bacılar dəm qazından boğularaq ölüb.
Sozcu.az xəbər verir ki, hadisə martın 5-də rayonun Karrar kəndində qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü Səma Elton qızı Qasımzadə və 2014-cü il təvəllüdlü Fəridə Elton qızı Qasımzadənin yaşadıqları evin həyətində yerləşən hamamda dəm qazından boğularaq keçiniblər.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.