Mbappe: "Bavariya" ilə oyunda het-trik edəcəyəm"

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya qarşı keçirəcəkləri cavab matçı barədə danışıb. 

Sozcu.az "Canal+"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu oyunda 3 və daha çox qol vurmaq istədiyini deyib:

“202, 203 və 204-cü qollarımı "Bavariya" üçün saxlamışam. Bəli, het-trik edəcəyəm. Hətta daha çoxunu! Biz oraya növbəti mərhələyə çıxmaq üçün gedirik. Əzmkarıq, inam qazanmışıq və indi qalib gəlməliyik!”

Qeyd edək ki, Mbappe artıq PSJ-də 201 qol həddinə çatıb. O, klub tarixinin bombardiri olub.  

Xatırladaq ki, PSJ ilə "Bavariya" arasındakı cavab qarşılaşması martın 8-də Münhendə keçiriləcək. İlk oyun isə "Bavariya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Share on Facebook