"Moskva Koks və Qaz Zavodu"nda yanğın başlayıb. Zavod vilayətin Vidnoye rayonunda yerləşir.
Sozcu.az xəbər verir ki, bu haqda TASS agentliyi məlumat yayıb. Məlumatda yanğının zavodun sexlərində baş verən partlayış nəticəsində meydana gəldiyi bildirilir. Yanğın 200 kvadrat metr ərazini əhatə edir.
Ukrayna Teleqram kanallarında isə zavodun Qərbin sanksiyalar siyahısında olduğu qeyd olunub.