Tiflisdə izdihamlı aksiya - Video

2024.05.11 - 21:37

Gürcüstanın paytaxtı Tiflisdə növbəti etiraz aksiyası keçirilir.

Sozcu.az xəbər verir ki, minlərlə etirazçı paytaxtın Avropa meydanına doğru yürüş edir.

Aksiyaçılar “Rusiya qanununa yox” şüarı səsləndirirlər.

Qeyd edək ki, aksiyaçılar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər.

***

Tiflisdə Avropa meydanında on minlərlə insanın iştirak etdiyi nümayiş başa çatıb.

Təşkilatçılar nümayişçiləri bu gün saat 22:00-da parlament önünə gəlməyə çağırıb.

Share on Facebook