376-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 376-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 153 770 hərbçi, 3423 ədəd tank, 6703 ədəd zirehli döyüş maşını, 2433 ədəd artilleriya sistemi, 488 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 250 hava hücumundan müdafiə sistemi, 302 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5307 ədəd avtomobil texnikası, 2 086 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 234 xüsusi avadanlıq itirib.

Share on Facebook