Yeni üsul ilə kanuni-saninin [yanvarın] 22-si, əski üsul ilə yanvarın 9-u Azərbaycan istiqlalı tarixinin ən birinci səhifələrini işıqladacaq, həm də günəş kimi parladacaq bir gün! 
Azərbaycan türklərinin əsla unuda 
bilməyəcəkləri bir gün! 
Bu gündə, ərsəyə gələcək azad və
müstəqil Azərbaycanın qüvayi-əsgəriyyəsinin
[hǝrbi qüvvǝlǝrinin] ləvazimati hərbiyyəsi
tədarükatına [hərbi ləvazimat 
tədarükünə] başlanıdı. Həm də qövlən 
[sözdə] deyil, feilən [işdə] başlanıldı. Qəhrəmanlıqlar
göstərməklə, qanlar tökməklə
və qurbanlar verməklə başlanıldı! 
Həmin bu günlərdə idi ki, Kutaisdə, 
Tiflisdə, Qarsda, Gümrüdə, İrəvanda və
başqa yerdəki cəbbəxanalarda mövcud 
olan ləvazimati-hərbiyyələri əllərinə aldıqdan sonra, cəbhədən ricət edən [qayə-
dan] qitəati-əsgəriyyənin [hǝrbi hissǝlǝrin]
ən mülayimlərinin, ləvazimati-hərbiyyəni
buraxaraq, sənələrcə didarana [üzünǝ]
həsrət qaldıqları ailələrinə qovuşmaq arzu
və iştiyaqında [istǝyindǝ] olanlarının 
ləvazimati-hərbiyyələrini təslim alan 
qonşularımız; həman qitəati-əsgəriyyənin
pək sərt, ən cəngi [döyüşkǝn], əsla silahından
ayrılmaq istəməyən bir neçə
qayəsinin ləvazimati-hərbiyyələrini bizim
hissəmiz ədd [hesab] edərək təslim 
almağa Azərbaycanlılara mühəvvəl etmişdilər
[tapşırmışdılar]! 
Olsun... Hər vaxt hǝr bir işdə qonşuları
ilə hüsn-müamilədə [yaxşı rǝftarda]
bulunmağa [çalışan], ixtilaf və nizaya [çəkişməyə]
meyl və məhəbbəti olmayan 
Azərbaycan türkləri sadədilanə [sadǝlövh]
olaraq bu təqsimə [bölgüyǝ], bu 
əmri icraya dəxi razı oldular. Bunun üçün 
də Şəmkir istasyonu vasitəsilə Gəncəyə
tərəf gəlməkdə olan qitəati-əsgəriyyə ilə
3  müxabirəyə girişdilər [ǝlaqǝ saxladılar]. 
Qitəati-əsgəriyyənin ən ciddi və qəti imtina
cavabını alan gəncəlilər, knyaz Abxazinin
zirehli qatarı ilə Şəmkir istasyonuna
yola düşdü. Sonra adi trenlər ilə mücəhhəz
[tǝchiz edilmiş], müntəzəm [nizami]
qitəati-əsgəriyyə qarşısına fəqət [sadəcə]
tüfəng və revolverdən başqa silaha 
malik olmayan mübarizlər peydərpey 
[dalbadal] göndərilməyə davam etməkdə
idi. Gedənlərin arasında məşhur gəncəli 
insan və qeyrət müməyyizi bir şəxsin 
mehrinə layiq olanlar var isə də, həqiqi 
millət və vətən qəhrəmanları dəxi pək 
çox idi. 
Həman qəhrəmanların başında miralay
[polkovnik] həzrətləri ilə bərabər, 
onun təhti-komandasındakı [komandası
altındakı] cavanlardan və “Yaşıl qvardiya” 
təsmiyə edilən [adlanan] qəhrəmanlar 
dəxi ilələbəd unudulammaz və unudulmayacaqlar. 
Əski üsul ilə kanuni-saninin [yanvarın]
9-cu günü, saat 10 radələrində qitəati -əsgəriyyə
ilə Şəmkir istasyonunun qərb 
tərəfində 100-150 çağırmlıq bir məsafədə
pişəzvəqt [qabaqcadan] tədarük edilmiş
sipərlər önündə qarşı-qarşıya gəlib 
vəziyyəti-hərb alınaraq sonuncu dəfə olmaq
üçün bir daha müxabirəyə başlanıldı.
Qitəati-əsgəriyyənin müqəddimətülceyşi
[öncü qüvvǝlǝri] məqamında olan 
ön sıradakı trenlər, tərəfi-müqabili hərbə
mühəyya [hazır] və hərb edəcəklərini qəti
surətdə qərara almış gördükdə, ləvazimati-hərbiyyələrini
təslimə qərar verdilər.
Təslim başlanıldı. Silahları təslim alan 
knyaz Abxazinin zirehli qatarında və ən 
birinci sipərin önündə duran, başlarında 
komandanları olmaq üzrə məsum və özləri
kimi gənc, yeniyetmə “Yaşıl qvardiya”
idi. 
Birinci, ikinci və üçüncü trenlərin əslihələri
[silahları] təslim alınaraq zirehli 
qatara toplanldı. Trenlər salamat ötürüldü. 
Dördüncü, beşinci və altıncı trenlər 
yetişdilər. Bunlar əvvəlcə əslihələrini təslimə
razı olmayaraq müharibə başladılar. 
Bir az tələfat verməməksizin müharibə
etdikdən sonra tərəf-müqabili əzmində
sabit, qüvvətli və həm də zirehli qatarı
görərək təslim işarəsi olan ağ bayraqları-
nı qaldırdılar. Həman saat bunlara aman 
və əslihələrini təslim üçün zirehli qatarın 
yanına gəlməyə yol verildi. Məgər bunların
ağ bayraq qaldırışı bir müharibə hiyləsindən
ibarət imiş. Zira zirehli qatarın 
bərabərində öz planları mövcibincə
[planlarlna ǝsasǝn] durduqda zirehli qatar 
lokomotivinin çarxını top qumbarası ilə
hədəfə alan kimi topun dəhşətli partıldısı
ilə bərabər lokomotivdən məhrum 
olan zirehli qatar iki parçaya təqsim edilərək
[bölünərək] həm-digərindən aralandı.
Tam bu sırada idi ki, yeddinci, səkkizinci,
doqquz, on və on birinci trenlər dəxi
arxadan yetişərək qənətən şiddətli və
dəhşətli müharibəyə başladılar. Topların, 
pulemyotların, əl bombalarının və tüfənglərin
cəhənnəmnümun [cǝhǝnnǝmi 
andıran] atəşlərindən Şəmkir səhrası titrəməyə
başladı. Azərbaycan-türk qəhrəmanları
əsla etidallarını pozmayaraq və
özlərini itirməyərək əlfövr [dərhal] sipərlərdə saxlanaraq yalnız bir tüfənglə bu 
qədər top, pulemyot, əl bombaları və tüfənglə mücəhhəz 8 tren dolusu müntəzəm bir qüvveyi-əsgəriyyə ilə müharibəyə davam etdi. Öylədən [günortadan] təxminən 5 
saat keçmişdən gecənin yarısı keçənədək
müharibə tam şiddət və dəhşətini 
artırmaqda idi. Gecə yarıdan sonra qələbə
işarələri hər bir tərəfdən verilməyə
başladı. Qalib gələn Azərbaycan-türk 
qəhrəmanları bütün qüvveyi-əsgəriyyənin
ləvazimati-hərbiyyələrini [əsgərlərin
hərbi sursatlarını] təslim deyil, iğtinam 
etdilər [qənimət aldılar]. Fəqət, eyni vaxtda
kəndlərdən gələrək ətrafda saxlanıb 
fürsət bəkləyən bir para namussuzlar, 
tüfənglərdən və qeyri şeylərdən çoxunu 
qarğaşalıqdan istifadə edərək qaçırdılar. 
Ertəsi günü sübh tezdən miralay [polkovnik]
bəy cənabları düşdükdə əzilən qolunu
ağ məndil ilə döşündən asmış olduğu
halda və doktorla bərabər, təşkil ediləcək
müstəqil Azərbaycan qüvayi-əsgəriyyəsi
[ordusu] üçün tədarük edilən topları,
pulemyotları və sair qənimətləri 
toplamaqda və Gəncə istasyonundan şəhərə göndərməkdə idi. Tülu etməkdə
[doğmaqda] olan günəş dəxi Şəmkir şühədası Gəncə Zükur edadisinin [Gǝncǝ
Oğlanlar gimnaziyasının] 8-ci sinif mütəəllimi [şagirdi] Məhəmməd Rəfiyev, 7-ci sinif mütəəllimi İsfəndiyar Quluzadə və
Gəncə Ali-ibtidai məktəbinin son sinif
mütəəllimi Yaqub Mehdiyevin qəhrəmanlıq,
fədakarlıq və şəhadətlərinə şəhadət
[şǝhid olmaqlarına şahidlik] etməkdə
idi. Bəli, bu müharibədə məcruhlardan
[yaralılardan] başqa mədəniyyət və
maarif bağçasında yeni açılmaqda olan 
üç dənə çiçək şəhid verdik. Rəhmətullahi 
ǝleyhim rəhmətən vasia! 
Şəmkir ordusu Gəncəyə övdət etdi 
[qayıtdı]. Qalib qəhrəmanlar vəsfə gəlməyən bir təntənə və şəşəə [dǝbdǝbǝ] ilə
şəhərə girdilər. Şühədanın cənazələri 
cümləni [hamını] ağlatmaqda idi. O vaxtın
hökuməti və bu müharibənin baş ərkani-hərbi [qərargah] olan Gəncə Milli 
Komitəsi iğtinam edilən qənimətləri təhvil
götürdü. Qəhrəmanları, fədakarları
təqdir etdi, oxşadı, şühədanın ibkayinamları [adlarını əbədiləşdirmək] üçün vəsilələr
aramağa iclaslar qurdu, şuralar etdi.
Bir çox qərarlar məzbətələrə [protokollara]
yazıldı Lakin məəttəəssüf [təəssüf
ki], başqa qərarlar kimi bu qərarlardan
dəxi məzbətələrdə yazılan bir neçə
quru sətirlə, bir də bəzi aid olan mövqelərə
göndərilən bir neçə övraqi-rəsmiyyədən
[rəsmi sənəddən] başqa meydana 
bir şey çıxarılmadı. Əgər həman hökumətin
xələl olan indiki müstəqil və azad 
Azərbaycan Hökuməti həmən övraqı, 
məzbətələri bir daha mütaliə edərək o 
qərarları qövldən feilə [sözdǝn işǝ] gətirərsə,
heç şübhə yoxdur, vəzifələrindən 
birini, daha doğrusu ən birincisini, əmələ
gətirmiş olar. Bizlər isə bu gün vətənin, 
millətin, istiqlalın ən birinci qurbanı olan 
şühədanı birinci səneyi-dövriyyələri [il 
dönümləri] münasibətilə xatırlayaraq ruhi-pürfütuhlarına
[fateh, qalib ruhlarına]
“Fatihə” oxuyalım. O[n]ların məsum və
müqəddəs ruhlarına xitabən: “Ey istiqlalın
birinci qurbanları, əmin olunuz! 
Sizi tarixin parlaq və münəvvər səhifələri 
ilələbəd [əbədiyyən] unutmadığı kimi, 
bizlər dəxi unuda bilməriz!” - deyə
sözümüzü bitirəlim. 
Səid 
Mənbə: ADA tərəfindən çap edilmiş Azərbaycan qəzetinin tam külliyyatının 4-cü cildi, səh: 361-363
TRANSLİTERASİYA EDƏNLƏR :
Mehdi Genceli  - Filologiya üzrə fəlsəfə doktoru, 
Azad Ağaoğlu  - Filoloq, tərcüməçi