İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması barədə xəbər yayılandan sonra Qəzza zolağında yaşayan bir qrup fələstinli bunu bayram edib.
Bu barədə ərəbdilli sosial media kanallarında paylaşımlar edilib.
Videolarda fələstinlilərin qəza xəbərindən sevindikləri və bu münasibətlə şirniyyat payladıqları əks olunub.
"Qəzza iranlı cinayətkarın ölümünə görə təbriklər", "Qəzza müsəlmanların qatilinin ölümünə sevinir" məzmunlu plakatlar qaldırıblar.