Ramos və Ronaldodan Kroosun qərarına reaksiya

“Real”ın sabiq müdafiəçisi Serxio Ramos Toni Kroosun Avro-2024-dən sonra karyerasını başa vurmaqla bağlı qərarına reaksiya verib. 

Sozcu.az xəbər verir ki, “Sevilya”nın futbolçusu sosial şəbəkə hesasında bununla bağlı yazıb: 

“Səninlə bu qədər özəl anları və uğurları bölüşmək mənim üçün xoş idi. Sən unikal bir oyunçu və fərqli bir insansan, ən yaxşılarındansan. Həmişə mənim komandamdasan, Antonio. Yeni həyatından və gözəl karyerandan həzz al”. 

İspaniya çempionunun daha bir sabiq oyunçusu, hazırda Ərəbistanın “Əl-Nəsr” klubunun formasını geyinən Kriştiano Ronaldo da keçmiş komanda yoldaşının qərarına münasibət bildirib: “Hər şey üçün çox sağ ol, Toni! Meydanı səninlə birgə bölüşdürmək qürurdur. Gələcək həyatında ən yaxşısını arzulayıram!”.

Qeyd edək ki, almaniyalı yarımmüdafiəçi karyerası ərzində “Bayer” və “Bavariya”da çıxış edib. O, "Real"la bütün turnirlərdə 463 matça çıxaraq 28 qol vurub və 98 qolun ötürməsini edib. 

Share on Facebook