Ukrayna hərbçiləri Xarkov vilayətində rus qoşunlarının irəliləməsini dayandırmaq üçün mərmilər alıblar.
Sozcu.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ Konqresi milyardlarla dollarlıq hərbi yardımı gecikdirdiyi üçün Ukrayna müdafiəçiləri artilleriya mərmiləri və digər silahların çatışmazlığı səbəbindən aylarla iflic vəziyyətində qalıblar. Bu, rusların cəbhədəki üstünlüklərindən istifadə edə bilməsi və şərq cəbhəsində irəliləməsi ilə nəticələnib.
Hərbçilər mərmilərin tədarükünün davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər. Çünki cəbhədıki mövqeləri saxlamağın vacibliyini hər kəs anlayır.
“Əgər indi düşmənin Xarkov və Xarkov vilayətinə genişmiqyaslı hücumunu belə ekstremal vəziyyətdə dayandırmağa qadir olduğumuzu nümayiş etdirə bilsək, o zaman düşmən Kiyevə, Çerniqov vilayətinə, Sum və ya Poltava vilayətinə hücum etmək barədə düşünməyə cəsarət etməyəcək”, – deyə artilleriya bölmələrindən birinin komandiri “Reuters” agentliyinə bildirib.
Yerli sakinlər deyiblər ki, Xarkov vilayətinin şimalındakı döyüşlər Rusiyanın keçən il ələ keçirib, xarabalığa çevrildiyi Baxmutdan daha şiddətlidir.