Siyəzəndə azyaşlı naməlum səbəbdən ölüb

Siyəzəndə bədbəxt hadisə baş verib. Şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib. Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də, uşaq artıq xəstəxanaya çatana kimi ölüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub. Faktla bağlı araşdırmalar davam etdiriləcək.

800 milyon insan bel ağrısından əziyyət çəkəcək - SƏBƏB

Sidney Universiteti, Vaşinqton Universiteti Tibb fakültəsi və digər təşkilatların mütəxəssisləri 2050-ci ilə qədər 800 milyon insanın bel ağrısından əziyyət çəkəcəyi qənaətinə gəliblər. Sozcu.az lent.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri tibb jurnalı "The Lancet Rheumatology"də dərc edilib. Müəlliflər 1990-cı ildən 2020-ci ilə qədər 204 ölkədən tədqiqat iştirakçılarının daxil olduğu məlumatların təhlilini aparıblar. Bu, zamanla dəyişən bel ağrısı şikayətləri olan xəstələrin dinamik xəritəsini yaratmağa imkan verib. Alimlər müəyyən ediblər ki, 2017-ci ildən bəri belə halların sayı yarım milyard insanı ötüb. 2020-ci ildə bel ağrısından əziyyət çəkən təxminən 619 milyon xəstə olub. Çox vaxt qadınlar bel ağrısından əziyyət çəkiblər. Əldə edilən məlumatlara əsasən, 2050-ci ilə qədər bel ağrısı şikayətlərinin sayı demək olar ki, 50 faiz artacaq. Ən çox yoluxma Asiya və Afrikada qeydə alınacaq. Dünyada ümumilikdə 843 milyon insan bu xəstəlikdən əziyyət çəkəcək - əsasən əhalinin sayının artması və qocalması səbəbindən. Bu, gələcəkdə bel ağrısının yayılmasının modelləşdirilməsi üçün istifadə edilən ilk araşdırmadır. Komanda bel ağrısının idarə edilməsinə ardıcıl yanaşmanın olmaması və məhdud terapevtik seçimlərin sağlamlıq böhranına səbəb ola biləcəyinə inanır, çünki bel ağrısı dünyada əlilliyin əsas səbəbidir.

"Böyük müharibə olacaq"-Tehran İsraili təhdid etdi

İran İslam Respublikasının rəhbərliyi növbəti dəfə İsraili təhdid edib. İranın nüvə obyektlərinə hücum böyük bir müharibə demək olacaq və bunun üçün İsrail məsuliyyət daşıyacaq. Axar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı yüksək rütbəli iranlı mənbəyə istinadla məlumat yayıb. “İsrailin İranı nüvə obyektlərinə hücumla hədələməsi rəsmi terrordur və beynəlxalq ictimaiyyət buna heç bir reaksiya vermir. İran müharibəyə can atmır, lakin dünya anlamalıdır ki, İsrailə cavab vermək üçün Tehranın “qırmızı xətləri” yoxdur”, - mənbə vurğulayıb. Qeyd edək ki, İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi İranın uranı rekord sürətlə zənginləşdirdiyini, bunun İsrailin cavabına səbəb ola biləcəyini deyib.

Nəcməddin Sadıkovun “Tərtər işi” üzrə məhkəmədə dindirilməsi tələb olundu

“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kalam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.  Anket məlumatlarının elanı zamanı məlum olub ki, təsirləndirilən şəxslər bundan əvvəl də Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar barəsində hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıb, 44 günlük Vətən müharibəsində iştirak ediblər.  Prosesin gedişində təqsirləndirilən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması üçün jurnalistlərin məhkəmə iclasında çəkiliş aparmasına şərait yaradılmasını istəyib.  Məhkəmə vəsatəti təmin etməyib.  Hakim Zeynal Ağayev deyib ki, media nümayəndələri məhkəmədə iştirak edir. Jurnalistlər “Tərtər işi” üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edərək, heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar. Lakin jurnalistlərə audio və video yazıya icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır. Vəkillərin işin istintaqa qaytarılması ilə bağlı vəsatətləri də təmin edilməyib. Zərərçəkmiş şəxslər həmin vaxt Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov və daha bir neçə yüksək rütbəli şəxsin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatət qaldırıb. Bu vəsatət baxılmamış saxlanılıb. İş üzrə baxış iclası iyunun 7-nə təyin olunub. Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3, 125-ci (intihar həddinə çatdırma), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və digər maddələrlə ittiham irəli sürülüb. 

Paşinyan dedi, erməni deputatlar təsdiqlədi: Qarabağ Azərbaycanındır!

Paşinyanın Qarabağın Azərbaycana məxsus olmasını etiraf etməsindən bir gün sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan əksər deputat bu fikirlə razı olduğunu bildirib. Onlar Qarabağın Azərbaycana məxsus olduğunu açıq və dolayı yolla təsdiqləyiblər.  Sozcu.az “Hraparak”a istinadla xəbər verir ki, deputatlar Qarabağın Azərbaycana verilməsində Paşinyanın yox, onun sələflərinin günahı olduğunu söyləyiblər.  Erməni nəşri yazır ki, hakim partiyanın sədri Hayk Konjoryan müxalifəti ittiham edərək deyib ki, onlar Qarabağın müstəqilliyini erməni xalqının mənafeləri uğruna satıblar, lakin buna baxmayaraq, 30 ildə keçmiş hakimiyyət qondarma DQR-in müstəqilliyini rəsmi formada tanımayıb. Qəzetin məlumatına görə, iqtidar partiyasının digər bir üzvü Lilit Stepanyan isə Azərbaycanın Qarabağda gördüyü işlərə məftunluğunu gizlədə bilməyib: “Niyə 30 il ərzində Azərbaycanın Qarabağda gördüyü işlərin yarısını siz etməmisiniz?”. Akop Aslanyan isə müxalifətin bostanına daş ataraq, bəyan edib ki, illərcə erməni xalqının haqqını yeyən və varlanan oliqarxlar bu gün üsyan etmək istəyir: “Bir şey həqiqətdir ki, siz hakimiyyətə gəlməyəcəksiniz, çünki o güc Nikol Paşinyan deyil, o güc xalqdır və xalq o gücü xalq üçün istifadə edənlərə verib. Tarix özü bunu göstərəcək, vaxt gələcək və hər şey aydın olacaq”. 

Salamatlığa qovuşmağın yolu Allahın kitabıdır- "Bu, Mənim doğru yolumdur, onu tutub gedin..."

“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir” (əl-Ənam, 159). Uca Allah dində parçalanmağı və ona aparan amilləri pisləmişdir. Quran və səhih hədislərdə bunun şər bir əməl olması, bunu edənin aqibətinin pis olacağı, sahibinin dünyada rüsvay olacağı, axirətdə isə alçalacağı və üzü qara olacağı barədə bir çox dəlillər vardır. Uca Allah buyurur: “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!”– deyiləcəkdir. Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq və orada əbədi qalacaqlar” (Ali İmran, 105-107). İbn Abbas demişdir: “Toplum şəklində Peyğəmbərin yolu ilə gedənlərin üzü ağ, bidət və parçalanma əhlinin üzü isə qara olacaqdır.” Uca Allah həmçinin buyurur: “Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir” (əl-Ənam, 159). Bu ayələr dində parçalanmağın müsəlmanlar üçün həm bu dünyada, həm də axirətdə təhlükəli olmasına dəlalət edir. Əvvəlki ümmətlərin həlak olmalarının başlıca səbəbi onların təfriqəyə varması, xüsusən də nazil olunmuş kitablar barəsində ixtilaf etmələri olmuşdur. Hüzeyfə ibn Yəmən xəlifə Osman ibn Əfvana demişdir: “Bu ümmətin dadına çat ki, öncəki ümmətlər kimi kitabları barəsində ixtilaf etməsinlər.” O da görəndə ki, Şam və İraq əhli Quranın hərfləri barəsində Peyğəmbərin qadağan etdiyi ixtilafı edirlər, bunu deməyə vadar olmuşdu. Bundan da iki fayda meydana çıxmış olur: Birincisi: Bu cür məsələlərdə ixtilaf etməyin haram olması. İkincisi: Əvvəlkilərdən ibrət götürmək və onlara bənzəməmək. Uca Allah buyurur: “Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər” (əl-Bəqərə, 176). O həmçinin buyurur: “Həqiqətən, Allah yanında qəbul olunan din İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər” (Ali İmran, 19). Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim sizlərə əmr etmədiklərimi etməyin. Şübhəsiz ki, sizlərdən əvvəlkilər çox sual verdikləri, peyğəmbərlərinə müxalif olduqları üçün həlak oldular. Sizə qadağan etdiyim şeylərdən çəkinin, əmr etdiyim şeyləri isə bacardığınız qədər yerinə yetirin.” (Səhih əl-Buxari, 7288). Bu hədisdə Peyğəmbər qövmünə, demədiyi şeylərdən çəkinməyi əmr etmiş, əvvəlki ümmətlərin həlak olma səbəbini aydınlaşdıraraq bunun çox sual vermək və peyğəmbərlərə müxalif olmaları olduğunu bildirmişdir. Uca Allah buyurur: “Amma onlar elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa” (Hud, 118-119). İxtilaf və parçalanmaqdan yaxa qurtarmağın yolu... Salamatlığa qovuşmağın yolu Allahın kitabıdır. O kitab ki, ona heç bir batil toxuna bilməz və o, hikmət sahibi olan Allah tərəfindən nazil olunmuşdur. Həmçinin Peyğəmbərin yolunu tutub getməkdir. O peyğəmbər ki, özündən danışmır və onun bütün danışdıqları bir vəhydir. Quran və Peyğəmbərin səhih hədisləri İslamın yeganə və əvəzolunmaz iki qaynağıdır. Bundan başqa bütün yollar zəlalətə aparır. Peyğəmbərin yoluna sarılmaq möminlərin yolu və Rəbbimizin razılığına nail olmağın yoludur. Məhz bu yolla Uca Allah bu ümməti bidətçilərin batil əməllərindən qoruyur. İslamın ilk dönəmlərində məhz bu yolun sayəsində insanlar islah olunmuşdular. Bunsuz həmin vəziyyətə qayıtmaq qeyri-mümkündür. Böyük İslam alimi İmam Malik demişdir: “Ümmətin əvvəli nəyin sayəsində düzəlmişdirsə, sonu da onunla düzələcək.” Ümmətin əvvəli Qurana və Peyğəmbərin yoluna tabe olmaqla düzəlmişdir. Odur ki, hər bir müsəlman Peyğəmbərin və onun səhabələrinin izlədiyi yola yönəlməlidir. Uca Allah buyurur:  “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Ənam, 153). Uca Allahdan ümmətimizi Allahın kitabına, Peyğəmbərinin və onun səhabələrinin yoluna tabe olmağa müvəffəq etməsini diləyirik...Zikr.az

Masallı xəstəxanasının sabiq baş həkiminin işi icraata götürülüb

Rüşvət almada təqsirləndirilən “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin sabiq baş həkimi Eşqin Əliyev və Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin sabiq şöbə müdiri Süleyman Əliyevin cinayət işi icraata götürülüb. Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, həmin şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. İstintaqla Eşqin Əliyevin qeyd olunan vəzifə və xəstəxana üzrə Həkim-Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən əlillik dərəcəsinin təyin olunması üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 28 min manatdan artıq pul vəsaitini rüşvət müqabilində almasına, habelə işə düzəltmə və ixtisasartırma barədə yalan vəd verməklə vətəndaşlara məxsus 34 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Eşqin Əliyevin Süleyman Əliyevlə cinayət əlaqəsinə girib Masallı RMX-nın həkiminin digər tibb sahəsi üzrə işləyə bilməsi üçün vəzifəli şəxsə rüşvət verilməsi adı ilə 15 min manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Eşqin Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq), 29,178.2.2, 29,178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyevə isə həmin Məcəllənin 29, 178.2.3, 29,178.2.4 və 32.4, 312.1-ci (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib. Eşqin Əliyev barəsində məhkəmənin qərarı ilə həbs, Süleyman Əliyev barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mənimsəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Emil Dadaşevin ibtidai istintaqı yekunlaşıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, E.Dadaşevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Bir müddət əvvəl onun cinayət əməlini törətməkdə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan olunub. Daha sonra E.Dadaşev Rusiyada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

“Neftçi”nin Konfrans Liqasında daha bir potensial rəqibi bəlli olub

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində daha bir potensial rəqibi bəlli olub.  İsrail təmsilçisi “Beytar” 2023/2024 mövsümündə qitənin üçüncü dərəcəli klub turnirində iştirak hüququ qazanıb. Yerusəlim klubu İsrail Kubokunu qazanmaqla buna nail olub. 5,000 reytinq xalı olan “Beytar” püşkatma zamanı səpələnməmişlər sırasında yer alacaq. Bununla “Neftçi”nin mümkün rəqiblərinin sayı 12-yə yüksəlib. Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər. UEFA Konfrans Liqası I təsnifat mərhələsi Səpələnmişlər: “Düdelanj” (Lüksemburq) “Riqa” (Latviya) “Maribor” (Sloveniya) “Şkendiya” (Şimali Makedoniya) “Linfild” (Şimali İrlandiya) “Vaduts” (Lixtenşteyn) “Dunayska” (Slovakiya) “Dandolk” (İrlandiya) “Alaşkert” (Ermənistan) “Şkupi” (Şimali Makedoniya) “Riqa” (Latviya) “Tobol” (Qazaxıstan) “B36 Torshavn” (Farer adaları) “Drita” (Kosovo) “Qzira Yunayted” (Malta) “Levadiya” (Estoniya) “Konnas” (Uels) “HB Torshavn” (Farer adaları) “Europa” (Cəbəllütariq) “Domjale” (Sloveniya) “Santa-Koloma” (Andorra) “Proqres” (Lüksemburq) Səpələnməmişlər: “Vikinqur” (Reykyavik, İslandiya) “Sent-Patriks” (İrlandiya) “Vikinqur” (Farer adaları) “Derri Siti” (İrlandiya) “Makedoniya” (Şimali Makedoniya) “Panevezis” (Litva) “Honka” (Finlandiya) “Baltsan” (Malta) “Zimbru” (Moldova) “Haka” (Finlandiya) “Dila” (Gürcüstan) “Birkirkara” (Malta) “Qlentoran” (Şimali İrlandiya) “Heqelmann” (Litva) “İsloç (Belarus) “Akureyri” (İslandiya) “Eqnatia” (Albaniya) “Penibont” (Uels) “Xaverforduest Kaunti” (Uels) “Meqpays” (Cəbəllütariq) “Kosmos” (San-Marino) Qeyri-müəyyənlər: “Dinamo” (Batumi, Gürcüstan) “İnter Eskaldes” (Andorra) “Kruzaders” (Şimali İrlandiya) “Payde” (Estoniya) “Torpedo” (Kutaisi, Gürcüstan) II təsnifat mərhələsi Səpələnmişlər: “Brügge” (Belçika) “Gent” (Belçika) “Makkabi (Təl-Əviv, İsrail) “Viktoriya” (Çexiya) “Budo-Qlimt” (Norveç) “Lex” (Polşa) “Hapoel” (Beer-Şeva, İsrail) “Yurqarden” (İsveç) APOEL (Nikosiya, Kipr) “Beşiktaş” (Türkiyə) “Riyeka” (Xorvatiya) “Styaua” (Rumıniya) “Legiya” (Polşa) “Rusenborq” (Norveç) “Spartak” (Trnava, Slovakiya) “KuPS” (Finlandiya) “Neftçi” (Azərbaycan) “Osiyek” (Xorvatiya) Səpələnməmişlər: “Beytar” (İsrail) “Hammarbü” (İsveç) “Kalmar” (İsveç) “Kauno” (Litva) “Poqon” (Polşa) “Zalaeqerseq” (Macarıstan) “Keçkemet” (Macarıstan) “Boraç” (Bosniya və Herseqovina) “Sabah” (Azərbaycan) “Ordabasi” (Qazaxıstan) “Aktobe” (Qazaxıstan) “Çelye” (Sloveniya) “Auda” (Latviya) Qeyri-müəyyənlər: “Aris” (Saloniki, Yunanıstan) “Voyvodina” (Serbiya)

Türkiyədə pandemiya dövründə vətəndaşların ödədiyi cərimələr geri qaytarılacaq

Türkiyədə pandemiya dövründə tibbi maskadan istifadə qaydalarının və digər qadağaların pozulduğuna görə vətəndaşların ödədiyi cərimələr geri qaytarılacaq. Bu barədə ölkənin Konstitusiya Məhkəməsinin qərarı “Rəsmi qazetə”də dərc olunub. Qərara əsasən, vətəndaşlar ödədikləri məbləğləri geri ala biləcəklər.

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırılıb

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 21-də saat 13 radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini İ.Cəfərova məxsus “Mercedes Vito” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini avtoyuma məntəqəsində işləyən Kürdəmir rayon sakini Fərid Rzayevin qaçırması və Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub. F.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Rusiya Belqorodu müdafiə edə bilmir - Malyar

Rusiyanın Belqorod vilayətində baş verən son hadisələrdən sonra ruslar Ukraynada döyüş meydanına göndərilən qüvvələrin yenidən qruplaşdırılması məsələsi ilə üzləşiblər. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib. "Ruslar qüvvələrini yenidən qruplaşdırmaq məsələsi ilə üzləşiblər, çünki Belqorod vilayətindəki vəziyyəti sakitləşdirmək üçün indi buna ehtiyac var. Onlar faktiki olaraq bütün qüvvələrini Ukrayna cəbhələrinə göndəriblər", - nazir müavini söyləyib. Malyar Belqorodda baş verənlərin Ukrayna ilə bağlı olmadığını vurğulayıb: "Bu, yalnız onların daxili işi ola bilər". Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu 22 mayda Belqorod vilayətinə hücum edib: Ukrayna ilə sərhəd məntəqəsi ələ keçirilib, sərhədçi öldürülüb. Daha sonra isə onlar Qrayvoron şəhərini ələ keçiriblər. Rusiya isə ötən gün diversantların məhv edildiyini, vilayətdə elan edilən fövqəladə rejimin aradan qaldırıldığını açıqlayıb. Ukrayna baş verənləri vətəndaş müharibəsi adlandırıb və bununla əlaqəsi olmadığını bildirib.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 77,70 dollara, yüngül neftin bir barreli isə 73,84 dollara təklif edilir.

Gürcüstan vətəndaşı Bakıda kafedə bıçaqlandı

Gürcüstan vətəndaşı Bakıda kafedə bıçaqlanıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 24-də saat 02 radələrində Sabunçu qəsəbəsində yerləşən “Zəfəran” kafesində baş verib. Gürcüstan vətəndaşı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya yanı küçəsi, ev 11 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Aftandil Samir oğlu Hüseynov naməlum şəxs tərəfindən qarın nayihəsindən bıçaqlanıb. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Sabah Ukraynaya F-16 verilməsi müzakirə olunacaq

Mayın 25-də keçiriləcək növbəti Ramşteyn görüşündə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, sursatla təminatı məsələsi müzakirə olunacaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. Rayderin sözlərinə görə, F-16 qırıcılarının təhvil verilməsi məsələsi də müzakirə ediləcək məsələlər arasındadır.

Artıq müharibənin dönüş nöqtəsidir - Podolyak

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi artıq həlledici məqama çatıb. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Bütün əraziləri azad etməyə hazırlaşan Ukrayna Silahlı Qüvvələri imkanlarını artırıb. İşğalçıların strateji məqsədləri heç olmasa bir yaşayış məntəqəsi ələ keçirməkdir”, - Podolyak bildirib.

Bakıda 18 yaşlı qız itkin düşdü

Bakıda 18 yaşlı qız itkin düşüb. Sozcu.az xəbər verir ki, hadisə mayın 21-də paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Səriyyə Rəşid qızı Osmanova evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna ordusu rusları ətçəkən maşından keçirir: 400 yeni itki

Ukrayna müharibənin 455-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 204 760 hərbçi, 3792 ədəd tank, 7421 ədəd zirehli döyüş maşını, 3339 ədəd artilleriya sistemi, 570 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 327 hava hücumundan müdafiə sistemi, 309 ədəd hərbi təyyarə, 295 ədəd helikopter, 6146 ədəd avtomobil texnikası, 2871 ədəd PUA, 1015 qanadlı raket, 18 gəmi/qayıq, 440 xüsusi avadanlıq itirib.

Əsgərimiz postda faciəvi şəkildə həlak oldu

09:35 Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Qeyd edək ki, Unikal.az Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən Bakı şəhər sakini 20 yaşlı Davud Məmmədlinin postda olan zaman ildırım vurması nəticəsində vəfat etdiyi haqda məlumat yaymışdı.

Qarabağ qazisinə kassasiya şikayətini yazmağa vəkil ayrılıb, amma bir aydır yazan yoxdur

Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, “dost” məmurlarının pensiyasının yarısını, reabilitasiya vasitəsi avtomobili də içində olmaqla daşınar -daşınmaz əmlakının hamısını apardığı,  xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Abbaszadə Xaliq Əvəz oğlunun Bakı  Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının  (sədrlik edən Səadət Bəktaşi) 03.08.2021 tarixli qərarından kassasiya şikayəti vermək üçün vəkillə təminatı haqqında ərizəsi 26.04.2023 tarixli qərardadla təmin olunub . Qərarın icrası Vəkillər Kollegiyasına həvalə olunsa da, hələ də vəkil xidmətindən soraq yoxdur.  Xatırladırıq ki, Qarabağ qazisi 10 ildir sığorta, yol polisi,   məhkəmə, icra, sosial müdafiə … ortaq dələduzluğunun qurbanına çevrilib. Qarabağ qazisinin reabilitasiya vasitəsi olan 90-HX-384 nömrəli “əlil maşınını” 10-CK-200 nömrəli “Nissan”la dayandığı yerdə arxadan vurub, “metallomluq edən” Fərid Zakir oğlu Hüseynovun “avtoşbala” haqqı” Suraxanı yol polisi Tahir İsgəndərovu necə “hayıl-mayıl” edibsə, “hallı” məmur oğlunu atasının zəngi ilə alkoqol testindən keçirməyib, amma Qarabağ qazisi testdən keçib. Halbuki, belə yol qəzalarında alkoqol testi məcburidir. Testdən imtina şəxsin alkoqolun təsiri altında olduğu kimi qiymətləndirilir. Tahir İsgəndərov qanundan aldığı təlimatı yox, “avtoşbala”nın atasından aldığı “təlimata uyğun” olaraq, Qarabağ qazisinə dəyən ziyanın ödəniləcəyinə söz verib , amma  10 gün keçməmiş  heç bir protokol tərtib etmədən məhkəmə qaydasında inzibati xəta törətməyə görə 400 manat cərimə edib. Bundan sonra dələduzluq estafeti Ədliyyə Nazirliyinin icra məmurlarına və “Rəvan” sığorta şirkətinə ötürülüb. “Rəvan” sığorta şirkəti törəməsi olduğu “Nurgün”də saxta 10 min manatlıq defekt aktı tərtib edib, xaricdə müalicəyə ehtiyacı olan qazidən 3 təzə “əlil” maşını”nın dəyərində ziyanhaqqı tələb edib. Maliyyə Nazirliyi bu saxtalığa görə, həm “Rəvan” sığorta şirkətini, həm də “Nurgün”ü bir neçə dəfə cərimələsə də, dələduz şirkət nəinki geri çəkilib, əksinə, cərimələrdən daha da qərəzini artırıb. Təsəvvür edin, Qarabağ qazisinin “Rəvan” sığorta şirkətinə qarşı iddiasına Nərimanov məhkəməsində baxıldığı zaman,  cavabdeh Sabunçu məhkəməsində maşının yiyəsi şəhidə və iddiaçıya qarşı iddia qaldırıb! (???) Məhkəmə hüquq sisteminin “ədalətinə” özünüz qiymət verin, nədən nə Məhkəmə Hüquq Şurası, nə də digər aidiyyatı qurumlar bu özbaşınalığa qiymət verir. Sabunçu məhkəməsi ,başqa məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə iş olması səbəbindən icraata xitam verməli olduğu halda, işi Suraxanı məhkəməsinə ötürüb. Qarabağ qazisi bu “ötürmə qərarı”ndan apellyasiya şikayəti və təmin olunmadığından, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin 13.05.2017 tarixli qərarı 6 ildir icra olunmur. Suraxanı məhkəməsi ( Ramil Həsənov) Ali Məhkəmənin qərarından bir il qabaq saxta 16.11.2016 tarixli qətnamə ilə Qarabağ qazisini “üstünə benzin töküb yandırma” cəzasına məhkum edib. Özbaşınalığa baxın, Ali Məhkəmə 2017-ci ildə işin məhkəmə aidiyyatını müəyyən edib, baxmağa göndərib, amma artıq bir il qabaq Suraxanı məhkəməsi iş üzrə qətnamə çıxarıb? ! Təbii ki, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən qanuni qüvvəyə minməyib. Amma Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev bu saxta, qanuni qüvvəyə minməmiş qətnamədən Qarabağ qazisinə qarşı təzyiq kimi yararlanıb, daşınar -daşınmaz əmlakına həbs qoyub. Bu icra məmurunun özbaşınalığı o həddə çatıb ki, olmayan icra sənədi üzrə “borcu”Qarabağ əlilinin pensiyasına məktubla  (?) yönəldib . DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da ağına -bozuna baxmadan məktub əsasında  (?)Qarabağ əlilinin pensiyasının yarısını dələduz “Rəvan” sığorta şirkətinə iki ay ödəyib . “İcra haqqında” qanunun 68.1.2 maddəsini media qurumları tirajlayandan sonra pensiyadanyeyilmə dayandırılıb, amma yeyilən 351 manat qaytarılmayıb.  2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Suraxanı icra şöbəsinə , Nərimanov məhkəməsində “Rəvan” sığorta şirkətinə qarşı,  Bakı İnzibati Məhkəməsində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yeyilən pensiyanın geri qaytarılması tələbi üzrə Qarabağ qazisinin iddiaları hələ ki, ədalətli sonuc vermir. Məhkəmə hakimiyyəti, cavabdehlər,  eldə deyildiyi kimi, ARI ATIB, NAMUSU YEYİBLƏR. Xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisinin pensiyasını yeməklə doyacaqlar?  Nə isə, Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin İPM-in 68-ci maddəsi əsasındakı  “daxili inam”I “İcra haqqında” qanunun 68.1.2 maddəsini ( “ TƏLƏB,  BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”) görməzliyə vurub. Eləcə də Bakı Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi olan heyətini də. İndi Vəkillər Kollegiyası 26.04.2023 tarixli qərarı icra edib, qazinin kassasiya şikayətini yazsa, Ali Məhkəmənin ədaləti bərpa etməməyə heç bir əsası yoxdur.  Məğrur Bədəlsoy

“Türkiyədə dəhşətli zəlzələ olacaq, 1 milyon insan öləcək” - Cəlal Şəngör

“Yaxın zamanda İstanbulda daha dəhşətli zəlzələ olacaq”.  Sozcu.az xəbər verir ki, bunu türkiyəli akademik, dünya şöhrətli geoloq Celal Şengör azərbaycanlı tələbələrlə görüşündə deyib: “Bu hadisədə ən azı bir milyon insan ölə bilər. Zəlzələ İstanbulu başımıza keçirəcək. Bu, Şərqi Anadolu seysmik xəttinin qırılması nəticəsində gözlənilir”.(oxu)

Bakıda bədbəxt hadisə: balkon qızın başına uçdu

Bakının Azadlıq prospekti 58a ünvanında bədbəxt hadisə baş verib. Sozcu.az  xəbər verir ki, yaşayış binasının balkonu gənc qızın başına uçub. Nəticədə qız ağır xəsarət alıb. O, təcili yardımla xəstəxanaya çatdırılıb.///News24

Miqrasiya Xidməti ilə bağlı SƏRƏNCAM

Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin say həddi artırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. DMX-nin işçilərinin say həddi 757 ştat vahidi müəyyən edilib. Qeyd edək ki, indiyədək DMX-nin işçilərinin say həddi 655 ştat vahidi olub.

Həqiqi hərbi xidmətlə bağlı yenilik

Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin ediləcəklər. Nazirlər Kabineti bununla bağlı “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edib. Qərara əsasən, həmin qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab ediləcək.