Siyəzəndə bədbəxt hadisə baş verib.
Şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib.
Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də, uşaq artıq xəstəxanaya çatana kimi ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.
Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdiriləcək.