Rusiyanın itkiləri 217 mini keçdi

Ukrayna müharibənin 476-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 217 330 hərbçi, 3943 ədəd tank, 7653 ədəd zirehli döyüş maşını, 3783 ədəd artilleriya sistemi, 603 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 364 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 300 ədəd helikopter, 6482 ədəd avtomobil texnikası, 3324 ədəd PUA, 1196 qanadlı raket, 18 gəmi/qayıq, 516 xüsusi avadanlıq itirib.

Müharibədə ölən rus generalların sayı...

Açıq mənbələrə görə, Rusiya-Ukrayna müharibəsində dörd rus generalı, 58 polkovnik və 176 polkovnik-leytenantın ölümü təsdiqlənib. Sozcu.az xəbər verir ki, bu barədə “Haqqın.az” “Moksva Tayms”a istinadən məlumat yayıb. “General-mayor Kanamat Botaşev, “dxr”in 1-ci Ordu Korpusunun komandiri general-mayor Roman Kutuzov, Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordusu komandanının müavini general-mayor Andrey Suxovetski və 8-ci Ordu komandirinin müavini general-mayor Vladimir Frolovun ölümü təsdiqlənib. Bir gün əvvəl isə Rusiyanın Teleqram kanalları Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiyanın 35-ci birləşmiş silahlı qüvvələrinin Qərargah rəisi general-mayor Sergey Qoryaçovun öldürüldüyünü bildirib”, - məlumatda deyilir. Qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi Rusiya ordusunun yüksək komandanlığının itkilərini iki dəfə çox qiymətləndirir. Pentaqonun kəşfiyyat rəhbəri Skott Berriyer mayın 10-da azı 8 rus generalının öldüyünü açıqlayıb: “Hələ ötən ilin avqustunda Böyük Britaniya müharibə zamanı Rusiya ordusunun 10 generalının həlak olduğunu bildirmişdi. Yapon kəşfiyyatının 2023-cü ilin fevralına olan məlumatına görə, Ukraynadakı müharibədə 20 rus generalı ölüb”.

İcra Hakimiyyətinin 11 minlik cizgi işləri

Tərtər Rayon İcra Hakimiyyəti işçi cizgilərin tərtib olunması və sərflərin müəyyən edilməsi işlərinin hazırlanmasının satın alınması ilə bağlı müsabiqə elan edib. Sozcu.az xəbər verir ki, müsabiqənin qalibi "TFM-Smart Project” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 11.795,28 AZN təşkil edir.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "TFM-Smart Project” MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur. Fərid Mikayov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin onun qanuni təmsilçisi olduğu şirkətin adı ağacların kəsilməsində hallandırılır. Söhbət Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi, 22, 24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsindən gedir. 2018-ci ildə baş verən bu qalmaqal barədə mediada da çoxsaylı materiallar tirajlanıb. Sakinlər bildiriblər ki, həmin ərazidə 13 mərtəbəli bina inşa edən şirkət yaşıllığı məhv edib.(qaynarinfo)

Borrell: Qarabağda Rusiya sülhməramlılarının olması əlavə çətinlik kimi qiymətləndirilməməlidir

Qarabağda Rusiya sülhməramlılarının olması Ermənistan-Azərbaycan əlaqələrinin tənzimlənməsi baxımından əlavə çətinlik kimi qiymətləndirilməməlidir. Bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində (AP) Azərbaycan-Ermənistan əlaqələri, Qarabağda və Laçın yolunda vəziyyətlə bağlı keçirilən dinləmədə deyib. “Əlbəttə, müəyyən sülhməramlıların mövcudluğuna ehtiyacımız var idi. Rusiya bunu edəcək vəziyyətdə idi, çünki bu, Azərbaycan tərəfindən qəbul edilmişdi. Başqa heç kəslə bu belə deyildi. Ona görə də mən düşünürəm ki, Rusiya qoşunlarının dünyanın bu hissəsində, bu münaqişənin ortasında olması əlavə çətinlik kimi nəzərdən keçirilməməlidir”, - Borrell AP deputatının sualına cavabında bildirib./APA

"Terrorçular heç vaxt bağışlanılmayacaq və hər bir raketə görə cavab verməli olacaq..."

"Budur "rus dünyası...Yatdığın yerdə səhər saat 4-də oyanırsan və budur...Nə mənzil var, nə də maşın, insanlar həlak olur..." Çoxmərtəbəli binanın yarısı dağıdılıb, Rusiyanın raketi yaşayış binasına düşüb, çoxlu sayda həlak olanlar var, insanlar dağıntılar altında qalıb Ötən gecə saat 03:17-də Rusiya ordusu Krivoy Roqda beşmərtəbəli binaya raket zərbələri endirib.  Sozcu.az xəbər verir ki, bu barədə Krivoy Roqun Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat verib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb. Raket zərbələri nəticəsində yanğın baş verib, dinc sakinlər öz mənzillərinin dağıntıları altında qalıb. "Yüksək dəqiqli" nacinslər şəhərin müxtəlif hissələrində tamamilə dinc obyektləri, o cümlədən beşmərtəbəli binanı nişan alıb", - Vilkul "Telegram-kanal"ında yazıb. Onun sözlərinə görə, son dərəcə ağır vəziyyətdə olan zərərçəkənlər var. Vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak dəqiqləşdirib ki, çoxmərtəbəli binanın raket atəşinə tutulması nəticəsində 6 nəfər həlak olub, 25 nəfər yaralanıb. Sosial şəbəkələrdə şahidlər hadisə yerindən kadrlar dərc edib. Fotolardan göründüyü kimi, çoxmərtəbəli yaşayış binasının ən azı bir girişində bütün mənzillər yanıb.  Şahidlərin sözlərinə görə, insanların mənzillərində və maşınlarında pəncərələr dağılıb. Bəzi yerlərdə yanğınlar qeydə alınıb. "Hər şey çox pisdir, raket beşmərtəbəli binaya düşüb, xeyli dağıntılar var", "Binanın yarısı, sadəcə, darmadağın olub", - istifadəçilər yazıb. Sakinlərdən biri öz mənzilini telefona çəkib, orada zərbə dalğası pəncərələri sındırıb, mebeli dağıdıb, əşyaları ətrafa səpələyib. "Budur "rus dünyası"... Yatdığın yerdə səhər saat 4-də oyanırsan və budur...Nə mənzil var, nə də maşın, insanlar həlak olur", - qadın dağıntıları nümayiş etdirərək hisslərini bölüşüb. Yerli mətbuatın məlumatlarına görə, hazırda dağıntılar altında qalanlar var. Birinci mərtəbədən beçinci mərtəbəyədək mənzillər yanır, yanğın təxminən 700 kv metr ərazini əhatə edib. Xilasedicilər yanğını söndürməyə çalışır. İlkin məlumata görə, Rusiya ordusu X-101/555 raketləri ilə zərbələr endirib. Səhər tezdən Ukrayna prezidenti Vladimir Zelenski faciə yerindən kadrları göstərib. "Terrorçuların növbəti raketləri, rusiyalı qatillər yaşayış evləri, adi yerlər və dinc insanlara qarşı savaşını davam etdirir...Terrorçular heç vaxt bağışlanılmayacaq və hər bir raketə görə cavab verməli olacaqlar", - Zelenski əmin edib.

Erməni terrorçuları Naxçıvandakı mövqelərimizi atəşə tutdu

İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.

​“Kredit faizləri yüksəkdir, vətəndaşlar qaytarmaqda çətinlik çəkirlər” — Deputat

“Kredit faizlərinin yüksək olması bu gün bank sektorunda ən ciddi məsələlərdəndir. Hazırda depozit faizləri ilə kredit faizləri arasında mütənasibliyin qorunub saxlanmasına və daha aşağı faizli kreditlərin təklif edilməsinə ehtiyac var”. Bu fikirləri Metbuat.az-a açıqlamasında iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. O hesab edir ki, bu istiqamətdə Mərkəzi Bank tərəfindən sistemli şəkildə fəaliyyətlərin həyata keçirilməsi və kredit faizlərinin optimallaşdırılması vacibdir: “Təbii ki, Mərkəzi Bank tərəfindən bu istiqamətdə müəyyən addımlar atılır. Amma nəzərə alaq ki, bir sıra digər faktorlar - mənfəət normasının yüksək olması, bank sektorunda rəqabətin güclü olmaması səbəbindən kredit faizləri yüksək təklif edilir. Hesab edirəm ki, Mərkəzi Bankın bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsi nəticəsində kredit faizlərinin azalması müşahidə oluna bilər”. Vüqar Bayramov qeyd etdi ki, hazırki vəziyyət həm də bank sektorunun özü üçün risklər yaradır: “Bu səbəbdən yüksək faizlə verilmiş kreditlərin geri qaytarılması ilə bağlı çətinliklər olur. Faizlər yüksək olduğundan vətəndaşlarımız bir sıra hallarda kredit götürdükdən sonra geri qaytarılması ilə bağlı problemlər yaşayırlar. Bu da bütövlükdə vətəndaşlarımızın sosial təminatı baxımından arzuolunan hal deyil. Ona görə də, kredit faizlərinin optimallaşdırılması və aşağı salınması ilə bağlı işlərin davam etdirilməsi və daha aşağı kreditlərin təklif edilməsi istiqamətində fəaliyyətlərin gücləndirilməsi olduqca vacibdir”. Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14,13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır - 20,43 faiz. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir.

İki erməni hərbçi öldü

Ermənistanın Sünik rayonundakı (Qərbi Zəngəzur) Vardavank-Qafan yolunda qəza baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Məlumata görə, sürücü idarəetməni itirib və avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində müqaviləli 2 erməni hərbçi ölüb.

Ukrayna nə vaxt NATO üzvü olacaq? - Stoltenberqin cavabı

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın NATO-ya daxil olma vaxtını açıqlamaqdan imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə ona PBS telekanalına müsahibəsində sual ünvanlanıb. "Mən başa düşürəm ki, Zelenski NATO-ya daxil olmaq üçün dəqiq vaxt cədvəlində israr edir. Eyni zamanda, hesab edirəm ki, müharibənin ortasında olduğumuz zaman dəqiq tarixlər söyləmək mümkün deyil. Və hesab edirəm ki, bütün müttəfiqlər də bunda çox maraqlı olacaqlar. Aydındır ki, indi ən aktual vəzifə Ukraynanın suveren, müstəqil dövlət kimi qələbəsini təmin etməkdir. Suveren, müstəqil, demokratik Ukrayna NATO-ya üzv ola bilər”, - alyansın baş katibi bildirib. Qeyd edək ki, Ukrayna lideri “The Wall Street Journal”a müsahibəsində belə bir sual verib: “Ukraynalıların həyatı nə qədərdir ki, müharibədən sonra, təhlükəsiz olduqdan sonra NATO-da olacaq?”.

Paşinyanın müavini Kaspşiklə kommunikasiyaları müzakirə etdi

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşiklə görüşüb. Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı həmsöhbətlər regional vəziyyəti və nəqliyyat kommunikasiyalarının açılması məsələsi ətrafında baş verənləri müzakirə ediblər. "Xüsusilə Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolu əlaqəsinin bərpası və təşkili perspektivlərinə toxunulub", - deyə məlumatda qeyd olunub.

Nazirdən “Son zəng”lə bağlı ƏMR

Elm və təhsil naziri Emin Əmrullayev “Son zəng” tədbirləri haqqında əmr imzalayıb. Sozcu.az xəbər verir ki, əmrə əsasən, “Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülməsi tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Əli Məsimli: Büdcədən sosial məsələlərin tənzimlənməsi üçün əlavə vəsait ayrılmasına ehtiyac var

“Azad edilmiş ərazilərin bərpası, “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi üçün maliyyə təminatı gücləndirilir”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. Deputat bildirib ki, əvvəl 3 milyard manat ayrılan vəsaitin üzərinə yenidən 2 milyard əlavə edilir, bu rəqəm ümumilikdə 5 milyard manata çatdırılır: “Bu, çox mühüm addımdır. Amma bu gün inflyasiya da davam edir. Ona görə də büdcədən sosial məsələlərin tənzimlənməsi üçün də əlavə vəsait ayrılmasına ehtiyac var. Həm azad edilmiş ərazilərə yetərincə vəsaitin yönəldilməsi, həm də sosial proseslərə əlavə vəsait ayrılması yaxşı nəticələrə gətirib çıxara bilər. Gələcəyə yatırım baxımından təhsilə ayrılan vəsaitə də yenidən baxılmalıdır. Çünki təhsilə ayrılan vəsaitin 80%-i əməyin ödənişinə yönəldilir. Regional problemlərin həllinə də yenidən baxılsa, yaxşı olar. Regionlarda kanalizasiya sistemi, kəndlərin qazlaşdırılması prosesi bitməlidir”. Deputat Qarabağ müharibəsi veteranlarına verilən 80 manat müavinətin artırılmasını da təklif edib.

"Real" hücumçu ilə razılaşdı

"Real" heyətinə yeni futbolçu qatmağa hazırlaşır. Sozcu.az xəbər verir ki, klub "Espanyol"un hücumçusu Xoselu ilə alaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat verib . Madrid təmsilçisi 33 yaşlı ispaniyalı ilə bağlı müqavilə işlərinin son mərhələsindədir. Transfer yaxın günlərdə rəsmən açıqlana bilər. Qeyd edək ki, Xoselu bu mövsüm La Liqada 34 oyun keçirib, 16 qol vurub və 2 qolun ötürməsini verib.

Bu bürclər düşmənlərin "tələsinə" düşəcək - XƏBƏRDARLIQ

Onlar çox diqqətli olmalıdırlar, çünki hər hansı bir söz və ya hərəkət onlara qarşı istifadə edilə bilər.  Sozcu.az lent.az-a istinadən bildirir ki, astroloqlar Bürcün iki əlamətini açıqlayıblar, onların həyatında düşmənlər aktivləşir və yeniləri də əlavə edilə bilər. Əkizlər Ən pis düşmən qoyun dərisindəki dostdur. Ətrafınıza daha yaxından baxın, çünki sevdikləriniz arasında sizə heç yaxşılıq arzu etməyən biri var. Çox güman ki, bu adam sizə qarşı çox qısqancdır, ona görə də təkərləriniz altına bir odun qoymağa çalışır. Əlbəttə ki, bunu başa düşdükdən sonra narahat olacaqsınız, çünki ona güvənirdiniz. Ancaq bunu nə qədər tez etsəniz, sizin üçün bir o qədər yaxşı olar. Problemləriniz olan zəhərli insanlardan qurtulun. Sonra həyat sizin üçün asanlaşacaq. Balıq Balıqlar başqalarından faydalanmağa öyrəşmiş bir bürcdür. Yəqin ki, ətrafınız artıq sizin nəyə qadir olduğunuzu anlayıb. Bu münasibət heç kimin xoşuna gəlməyəcək, ona görə də sizə eyni şəkildə cavab verə bilərlər. Bu, mütləq bir növ geniş miqyaslı quraşdırma olmayacaq, ancaq bunu həyatınızın qalan hissəsi üçün xatırlayacaqsınız. Bunu təcrübə kimi qəbul edin və səhvlər üzərində işləyin ki, onları bir daha təkrarlamayasınız. Bundan əlavə, səhv etdiyinizi başa düşsəniz, bağışlanma diləməkdən çəkinməyin. Və daha çox yaxşılıq et, onlar bumeranq kimi sənə qayıdacaqlar.

Günəş yanmasını necə sağaltmaq olar?

Yay mövsümündə ən çox əziyyət çəkdiyimiz hallardan biri günəş yanığıdır. Gün altında çox gəzəndə və ya dənişə gedəndə bu hal qaçılmazdır.  Sozcu.az axşam.az-a istinadən bildirir ki, günəş vannası qədul edərkən dərinin yanması günlərlə göynəməyə səbəb olur.  Bu zaman nə etmək olar? Əgər aloe geliniz varsa, dərinizə aloe geli sürtün.  Dərini bacardığınız qədər soyuq saxlayın. Buz qoya bilərsiniz.  Dərinizə quruyub dartılmaması üçün mütləq  tez-tez krem çəkib, nəmli salxayın.  Çobanyastığını qaynadıb suyu ilə dərinizi silə bilərsiniz.  Soyuq su ilə vanna qəbul edin. Bu da dərini sakitləşdirəcək və qızartının keçməsinə kömək olacaq.  Dərinizə diş pastası da sürtə bilərsiniz. 

Bakıda 74 yaşlı qadına qarşı soyğunçuluq edildi

Bakıda 74 yaşlı qadına qarşı soyğunçuluq edilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 9-da M.Həsənov küçəsində 74 yaşlı bir qadının içərisində pulu, sənəd və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elşən Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Jurnalist naziri metroya çağırdı: Siz bahalı maşınınızda xumarlananda...

Bakının o başında yaşayan adama 1 manat verib onun maşını ilə işə gələndə kimin qarnı ağrıyır? Niyə mən taksi ilə 15 dəqiqəyə qət etdiyim yolu uzun və yöndəmsiz avtobusla 55 dəqiqəyə getməliyəm? Bu ölkədə bircə ucuz olan taksi xidməti qalmışdı, onu da digər qiymətlərə “uyğunlaşdırırlar”. Siz Allah, arqumentə baxın: Qiymətlər çox ucuzdur, hamı taksi xidmətindən istifadə etmək istəyir. Bəli, qiymətlər çox ucuzdur. Məsələn, iki gün əvvəl mən məşhur 8-ci kilometr bazarından aeroportun yanına 5 manata getdim. Yolda sürücüdən bu məbləğin ona sərf edib-etmədiyini soruşanda, yaşına uyğun olmayan ağayanalıqla belə dedi: "Allah bərəkət versin". Allah ürəyinə görə verdi. Mən maşından düşməyə macal tapmamış başqa bir müştəri özünü içəri təpdi. Biz bahalı istirahət mərkəzlərinə gedə bilmirik. Teleqüllədəki məşhur restoranda nəinki yemək yemirik, heç çay da içə bilmirik. Cahangir Əsgərovun acgözlüyü üzündən daha təyyarəyə də minmirik. Bircə taksi xidmətindən istifadə edə bilirik. Onu da bizə çox görürlər. İstəyirsiniz ki, köhnə, təmirsiz, kondisionersiz metro vaqonlarında, turşumuş kələm qoxan kirli avtobuslarda bir-birimizin belinə minək? İctimai nəqliyyatdan istifadənin zəruriliyini anlatmağa çalışan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevdən soruşuram: Müşahidə Şurasının sədri olduğunuz Bakı metrosunun xidmətindən istifadə edən sərnişinlərin hansı məşəqqətlərə qatlaşmasından xəbəriniz varmı? Siz bahalı maşınınızda xumarlana-xumarlana işə gedəndə, sıravi vətəndaşların hansı zülmə qatlaşdığını yazım, öyrənin. Öyrənmək heç vaxt gec deyil. Cənab nazir, Mərdəkanda yaşayan Məmmədəli kişi Yasamaldakı iş yerinə getmək üçün kökünü qurutmağa çalışdığınız 1 manatlıq taksilərlə əvvəlcə metronun "Koroğlu" stansiyasına gəlir. Sonra min bir əziyyətlə, qan-tər tökə-tökə vaqonların hərəkət etdiyi platformaya enir. Təbii ki, Dərnəgül istiqamətində hərəkət edən qatara minə bilmir. Əlacı kəsildiiyi üçün üzünü o tərəfə çevirib "Həzi Aslanov" stansiyasına gedən qatara əyləşir. Ehtiyac üzündən çuxura düşmüş gözlərini qıyıb ətrafı müşahidə edir. Adam az olsa, "Neftçilər", çox olsa "Xalqlar Dostluğu" stansiyasında enir. Təkrar Dərnəgül istiqamətində hərəkət edən qatara minib "İnşaatçılar" stansiyasına qədər yol gedir. Yüzlərlə insanla birlikdə yol getdiyi üçün 20 dəfə ayağını tapdalayırlar, şalvarının qırışı itir, pencəyinin yaxası əzilir. Hanasısa yekəpər sərnişinin müdaxiləsi ilə azı üç dəfə yerində dövrə vurur, beş dəfə onun bunun tənəsini eşidir. Əgər həmin gün cibgirlə qarşılaşırsa, üstündəki beş-on manat da əldən çıxır. Ürəyində yüz dəfə özünə, iki yüz dəfə də ona bu zülmü yaşadanlara söyə-söyə gəlib iş yerinə çatır... Mənə inanmırsınızsa, gəlin birlikdə metroya minək. Narahat olmayın, sizi öz kartımla keçirəcəyəm. Təki, gəlin və görün... Seymur VERDİZADƏ

Əliyevlə Ərdoğanın təkbətək görüşü başladı

Prezident İlham Əliyevlə Azərbaycanda dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sumqayıtda zavod yanır - Video

Sumqayıtda zavod yanır. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Məşhur aktyor avtomobil qəzasında öldü

Amerikalı aktyor Treat Uilyams avtomobil qəzasında ölüb. Sozcu.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb. Məlumata görə, qəza motosikletin qarşıdan gələn avtomobilə çırpılması nəticəsində baş verib: “71 yaşlı Uilyams faciədən bir neçə saat əvvəl Vermont ştatındakı 1 milyon dollarlıq evində istirahət edirmiş, qazon da biçib. Polis aktyorun “Honda” avtomobili tərəfindən vurulduğu zaman dəbilqə taxdığını da təsdiqləyib”. Qeyd edək ki, o, “Saç”, “Niyə yalan danışım?”, “Kişi klubu”, “Şəhərin şahzadəsi” və s. filmləri ilə məşhurdur.kult.az

Bir gündə rusların dörd bölüyü məhv edildi

Ukrayna müdafiəçiləri sutka ərzində Tavriya istiqamətində Rusiya ordusunun dörd bölüyünü məhv ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri, briqada generalı Aleksandr Tarnavski deyib. O, həmçinin bildirib ki, gün ərzində qarşı tərəfin 25 texnikası sıradan çıxarılıb.

Rus ordusu "can" üstə

Ukrayna müharibənin 475-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 216 650 hərbçi, 3935 ədəd tank, 7642 ədəd zirehli döyüş maşını, 3766 ədəd artilleriya sistemi, 601 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 363 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 300 ədəd helikopter, 6473 ədəd avtomobil texnikası, 3309 ədəd PUA, 1183 qanadlı raket, 18 gəmi/qayıq, 511 xüsusi avadanlıq itirib.

Lukaşenko ölüm ayağındadır

Belarus Prezidenti Aleksandr Lukaşenko ölüm ayağındadır. Onun varis məsələsini həll etmək üçün Kreml Minsklə birgə informasiya oyunu oynayır. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın BRIEF nəşri məlumat yayıb. “Bunun sübutu kimi Putinlə Lukaşenkonun son görüşünü göstərmək olar. Həmin görüşün videogörüntülərini bir il əvvəlki görüntülərlə müqayisə etdikdə, bir çox mətləblər üzə çıxır. Ümumiyyətlə, Lukaşenkonun səhhətində problem yaranıb. O, Putinin Aİİ ölkələrinin Baş nazirləri ilə görüşlərində də iştirak etməyib. Lukaşenko Soçidə də gözdən itib. Onu sonuncu dəfə xüsusi tibbi korsetdə görüblər”, - məlumatda deyilir. Xatırladaq ki, 2 iyunda Lukaşenkonun səhhətinin kritik olması səbəbi ilə hakimiyyətin ötürülməsi üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin və Təhlükəsizlik Şurasının katibi Patruşevin təcili Belarusa getdiyi haqda da məlumat yayılmışdı.

Ukraynada daha bir rus general öldürüldü

Ukraynanın Zaporojye istiqamətində davam edən döyüşlər zamanı Rusiya ordusunun general-mayoru Sergey Qoryaçyov öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, Rusiyanın 35-ci ümumordu qərargah rəisi general-mayor Sergey Qoryaçyov artilleriya zərbələri nəticəsində ölüb. Qeyd edək ki, Qoryaçyov vaxtı ilə Rusiyanın Dnestyanıdakı qüvvələrinə rəhbərlik edirdi. Məlumata görə, hərbi xidmətini Gəncədəki 104-cü hava-desant diviziyasında çəkib.