“Zəlzələnin yenidən başvermə ehtimalı yoxdur. Təkrarlanma yalnız xırda təkanlar şəklində ola bilər”.
Bunu “Yen Sabah”a açıqlamasında Azərbaycan Milli Elmlər Aakademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, 4,7 maqnitudalı zəlzələnin ardınca 3.3 bal gücündə yeni təkan da qeydə alınıb: “Lakin qorxulu heç nə yoxdur. Avterşoklar hesabında enerji boşalması getməlidir ki, tarazlıq bərpa olunsun. Ümumiyyətlə, belə xırda təkanlar tez-tez baş verir. Azərbaycan seysmik zonada yerləşmir. Bizdə yalnız yüngül tərpənişlər baş verə bilər. Narahtlığa əsas yoxdur”.
Qeyd edək ki, Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Yerli vaxtla 15:52-də qeydə alınan yeraltı təkanların dərinliyi 12 km olub.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
