Trampın sözlərinə görə, o, Putinin müharibəni dayandırmaq üçün qoyduğu şərtləri dəstəkləmir...
Donald Tramp yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl ABŞ prezidenti seçiləcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında müharibəni dayandıracağını bir daha bəyan edib.
Sozcu.az xəbər verir ki, "Ukrinform"un yazdığına görə, Tramp bunu iyunun 27-də yerli vaxtla saat 21:00-da "CNN"-də başlamış hazırkı prezident Co Baydenlə 90 dəqiqəlik teledebat zamanı deyib.
Eks-prezident Ağ Evin hazırkı rəhbərini Ukraynaya külli miqdarda vəsait ayırmaqda ittiham edib. Onun sözlərinə görə, bunu etmək lazım deyildi və o, prezident olsaydı, Putin müharibəyə başlamazdı.
Eyni zamanda aparıcıların Putinin müharibənin dayandırılması şərtləri ilə bağlı dediklərini dəstəkləyib-dəstəkləmədiyi haqdakı sualına Tramp “Xeyr” cavabını verib.
Öz növbəsində Bayden Putini hərbi cinayətkar adlandırıb. "O, Sovet imperiyasının bir hissəsi olan əraziləri işğal yoluyla bərpa etmək istəyir" deyə Amerika lideri vurğulayıb.