Bakıda 82 yaşlı qadın küçədə qəfil ölüb.
Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 22-sində Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20-nin qarşısında baş verib.
Qəsəbə sakini 1944-cü il təvəllüdlü Qalina Aleksandrovna Solovyeva küçədə qəfil vəfat edib. Onun meyiti küçə sakinləri tərəfindən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
