İnsan haqları təşkilatları Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasında saxlanılan 4 məhkumun barmaqlarının kəsliməsi barədə xəbərdarlıq ediblər.
Bildirilib ki, Mehdi Şərifian, Kəsra Kərəmi, Hadi Rüstəmi və Mehdi Şahivəndin barmaqlarının kəsilməsi barədə məhkəmə qərarı hər an icra edilə bilər.
Oğurluqda günahlandırılan adı çəkilən şəxslər ötən ilin dekabr ayında Tehran həbsxanasına köçürülsələr də, naməlum səbəblərə görə yenidən Urmu həbsxanasına qaytarılıblar.
"Son günlər Qərbi Azərbaycanın baş hakimi və Urmu prokuroru onlarla görüşərək, hökmlərinin icra olunacağını və istənilən apellyasiya tələbinin rədd ediləcəyini bildirdilər",- insn haqları təşkilatları məhkumların ailələrinə istnadən xəbər verib.
Qeyd edək ki, İran Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Mülki və Siyasi Hüquqlar Bəyannaməsinin 7-ci maddəsini imzalamasına baxmayaraq öhdəliyinə əməl etmir.
Bəyannamədə məhkumlara qarşı işgəncə, qeyri-insani davranış, bədən əzalarının kəsilməsi və təhqir qadağan edilib.