ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin.
Sozcu.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.
Diplomat qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və alternativ yol üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır:
“Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə - potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən (Orta dəhliz, Zəngəzur yolu nəzərdə tutulur - red.) keçəcək. Bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”.
Obrayen əlavə edib ki, Bakıya səfəri zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevə sülhün vaxtının yetişdiyini deyəcək.
Qeyd edək ki, Obrayenin bu gün Azərbaycana gələcəyi gözlənilir.