“Hər tərəf - istər Azərbaycan, istərsə də Ermənistan anlayır ki, istənilən genişmiqyaslı hərbi qarşıdurma Rusiyanın müdaxiləsi ilə nəticələnəcəkdir...”
“Qarabağdakı ermənilərə “humanitar yardım” şousunun hansısa silahlı qarşıdurmaya keçəcəyini gözləmirəm. Ona görə ki, Ermənistanın bu məsələdə mövqeləri zəifdir. Baxmayaraq ki, yeni silahlar alınıb, guya ordu təchiz olunub, Qarabağdakı separatçıları da ruslar təchiz edirlər”.
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikri Moderator.az əməkdaşının “ “Artıq 3 həftəyə yaxındır ki, Ermənistanla sərhədimizdə davam edən Qarabağ ermənilərinə “humanitar yardım” şousunun əvvəlkilərə nisbətən genişmiqyaslı silahlı qarşıdurma ilə nəticələnməsi ehtimalı nə qədərdir və bu, hansı güclərə lazımdır?” sualını cavablandırarkə ifadə edib.
“Amma nəzərə alsaq ki, bu aksiyanın arxasında Ermənistan hökumətindən daha çox ona opponnet olanlar durur, - bunun da kimliyi, dediyim kimi, göründü,- əlbəttə, ilk növbədə Ermənistan hökuməti konfliktdə maraqlı deyil. Yalnız ona görə yox ki, İrəvan sülhsevərdir, sülhü müharibədən üstün tutur, sadəcə, həm də ona görə ki, bu ölkənin yetərincə gücü yoxdur. Belə bir şəraitdə müəyyən lokal hərbi qarşıdurmalar ola bilər. Amma bunun böyükmiqyaslı hansısa konfliktə keçməsi qeyri-mümkündür”,- deyə davamında analitik bildirib.
“Hər tərəf - istər Azərbaycan, istərsə də Ermənistan anlayır ki, istənilən genişmiqyaslı hərbi qarşıdurma Rusiyanın müdaxiləsi ilə nəticələnəcəkdir. Bunu isə, səhv etmirəmsə, nə Azərbaycan istəyir, nə də Ermənistan. Rusiyaya lazım olan bu konflikt yaratmaq cəhdi digər geo-siyasi oyunçulara da, yəni Türkiyəyə, Qərbə, hətta İrana da lazım deyil. Ümumiyyətlə, bütün bu olaylara: istər həmin “humanitar yardım” şousuna, istər onu hansısa konfliktə çevirmək cəhdinə, istər ona Ermənistan tərəfindən dəstək aksiyası keçirmək cəhdinə, istərsə də Qarabağdakı separatçıların təhdidlərinə kompleks baxdıqda biz, əlbəttə ki, Rusiyanın konflikt yaratma fəaliyyətini görürük. Bax, bu fəalaliyyətin də başlanğıcının anonsu, - əslində ona zəmin çoxdan yaradılıbdır,- məhz Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə departament rəhbərinin son bəyanatıydı”, - deyə ekspert vurğulayıb.