Nicat narkozdan ayılıb, hazırda reanimasiyadadır.
Sozcu.az xəbər verir ki, bunu ötən gün qəzaya düşərək ağır xəsarət alan bloger Nicat Şakirlinin atası Nafis Mütəllimov jurnalistlərə açıqlamasında deyib.
"Həkim olsam da, reanimasiyada olduğu üçün hələ yanına buraxmırlar. Həkimlər bu gün də reanimasiyada qalacağını deyirlər. Qəza dünən dostu ilə aeroport yolundan şəhərə qayıdarkən baş verib. Hadisə nəticəsində Nicatın sağ dirsəyindən aşağı qolu amputasiya edilib", - Nicatın atası bildirib.