Ermənilər Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun binası qarşısında aksiya keçirir.
Sozcu.az xəbər verir ki, qondarma iddialarla keçirilən aksiya Los-Ancelesdəki erməni icması tərəfindən təşkil olunub.
Aksiya iştirakçıları Laçın yolunun açılması və Qarabağda yaşayan ermənilərin “blokada”dan çıxarılmasına çağırış edən absurd şüarlar səsləndirirlər.
Onlar Konsulluq binasına girişi bağlayıb, çadırlar qurublar.
Qeyd edək ki, Azərbaycan hökuməti Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu dəfələrlə bəyan edib. Qarabağda yaşayan erməni əhalinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətə sərbəst keçidi üçün şərait yaradılması bunu bir daha sübut edir.