"Beşiktaş"ın baş məşqçisi Şenol Güneş Türkiyə Superliqasının 1-ci turunda "Fatih Karagümrük"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
Sozcu.az xəbər verir ki, o, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə cavab matçı haqda da danışıb: "Neftçi" və "Pendikspor"a qarşı doğma meydanda iki matçımız olacaq. İlk oyunumuz "Neftçi"yə qarşı olacaq. Hər iki matçda coşqulu və gözəl oyun gözləyirəm. Qol epizodları yaratacağımız, rəqibə oynamağa imkan verməyəcək oyun üslubunda çıxış etməliyik. Ümid edirəm ki, belə olacaq".
Qeyd edək ki, "Beşiktaş" - "Neftçi" görüşü avqustun 17-i keçiriləcək. Bu komandalar arasında ilk görüş İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.