Azad olunan güneyli jurnalist bir gün sonra yenidən həbs olundu

Güneyli jurnalist Nazilə Mərufian müvəqqəti olaraq sərbəst buraxıldıqdan bir gün sonra yenidən həbs edilib.

Sozcu.az xəbər verir ki, bu barədə onun anası məlumat yayıb.

Anasının sözlərinə görə, jurnalist girov qarşılığında müvəqqəti sərbəst buraxıldıqdan bir gün sonra, avqustun 14-də mobil telefonunu götürmək üçün polis bölməsinə getdiyi zaman həbs edilib:

"O, polis bölməsində ağır şəkildə döyüldü, etiraz etdikdə məni də Nazilə ilə birlikdə təcridxanaya saldılar. Bir neçə saat sonra məni sərbəst buraxdılar, Naziləni isə Qərçək həbsxanasına köçürdülər".

N.Mərufian bu ilin yanvar ayında "ictimai rəyi çaşdırmaq məqsədi ilə rejim əleyhinə təbliğat aparmaq və yalan məlumatlar yaymaq" ittihamına görə iki il azadlıqdan məhrum edilmişdi.

Bir müddət öncə səhhətində problem yaranan jurnalist tibb mərkəzinə yerləşdirilmişdi.

Share on Facebook